Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hesablama Palatasının sədri: "Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib"

Azərbaycanda büdcə qanunvericiliyi, dövlət satınalmaları və dövlət investisiyaları sahəsində pozuntuların nisbəti ciddi dəyişməyib.

Yenixeberorg.com xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, 2025-ci ilin iş planına uyğun olaraq 5 analitik fəaliyyət həyata keçirilib, həmçinin səmərəlilik, maliyyə və uyğunluq auditləri çərçivəsində ümumilikdə 43 audit aparılıb:

"Bu auditlərin 6-da informasiya sistemlərinin auditinin bəzi elementlərindən istifadə olunub. Hesabat dövründə 3 audit isə məxfi rejimdə keçirilib. Nəzarət tədbirləri zamanı aşkarlanmış nöqsanların təsnifatı hesabatda ətraflı əksini tapıb və bu təsnifləşmə uyğunluq, maliyyə və səmərəlilik aspektləri üzrə aparılıb. Təhlillər göstərir ki, say ifadəsində büdcə qanunvericiliyi, dövlət satınalmaları və dövlət investisiyaları sahələrində pozuntuların nisbəti ciddi dəyişməyib".

V. Gülməmmədov əlavə edib ki, ötən il büdcə vəsaitlərinin idarə olunması sahəsində 36 nəzarət tədbiri üzrə nöqsanlar aşkarlanıb:

"Ən yüksək paya malik olan nöqsanlar büdcə qanunvericiliyi ilə bağlıdır. Bu çərçivədə qurumlar tərəfindən proqnozlaşdırma və icra prosesinə lazımi diqqətin yetirilməməsi, maliyyə və fiskal intizamın tam təmin olunmaması kimi hallar üstünlük təşkil edir. Nəticədə bəzi qurumlarda aşağı icra səviyyəsi, nəticə əsaslı dövlət sifarişi mexanizmlərinin formalaşdırılmaması, vəsaitlərin təyinatı üzrə istifadə edilmədən digər hesablara yönəldilməsi, eləcə də dövlət sifarişi şərtlərindən kənar xərclər müşahidə olunub".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam