Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Zelenski: Türkiyə, Böyük Britaniya və Ukrayna Aİ-nin təhlükəsizliyini gücləndirə bilər

 

ABŞ NATO-dan çıxacağı təqdirdə Avropa İttifaqı (Aİ) öz təhlükəsizlik arxitekturasını dəyişməli olacaq.

Yenixeberorg.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O qeyd edib ki, Rusiyanın 2030-cu ilə qədər ordusunun sayını 2,5 milyon nəfərə çatdırmaq cəhdini nəzərə alsaq, təhlükəsizliyi təmin etmək üçün Aİ-yə əlavə ölkələr lazımdır:

"Əgər ABŞ həqiqətən də NATO-dan çıxmaq barədə düşünürsə, o zaman Avropanın təhlükəsizliyi müstəsna olaraq Aİ-yə əsaslanacaq. Lakin indiki formasında yox. Hesab edirəm ki, Aİ elə bir vəziyyətdədir ki, ona əlavə ölkələr lazımdır. Böyük Britaniya, Ukrayna, Türkiyə və Norveç. Bunlar Avropanın bir hissəsi olan dörd güclü ölkədir".

Zelenski bildirib ki, Böyük Britaniya, Ukrayna və Türkiyə ordularının birgə potensialı Rusiya ordusunun imkanlarını üstələyir:

"Bu ölkələrlə dənizlərə nəzarət etmək, hava məkanını qorumaq və ən böyük quru qüvvələrə sahib olmaq mümkündür. Avropanın öz iqtisadiyyatını inkişaf etdirmək istəyinə baxmayaraq, təhlükəsizlik məsələləri birinci yerdə qalmalıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam