Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ərdoğan ABŞ və İran arasında əldə olunmuş atəşkəsi alqışlayıb-FOTO

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasındakı müvəqqəti atəşkəsdən məmnunluğunu bildirib.

Yenixeberorg.com xəbər verir ki, o bu barədə "X" sosial media hesabında yayıb.

"28 fevraldan bəri bölgəmizi alov meydanına çevirən müharibədə dünən gecə elan olunan atəşkəsi məmnuniyyətlə qarşılayırıq. Mümkün təxribat və sabotajlara fürsət verilmədən atəşkəsin tam şəkildə həyata keçirilməsini arzulayırıq. Başda dost və qardaş Pakistan olmaqla, atəşkəsin əldə olunması prosesinə töhfə verən bütün tərəfləri səmimi-qəlbdən təbrik edirik", - Türkiyə lideri əlavə edib.

R.T.Ərdoğan müharibə, qarşıdurma, gərginlik və zülmlərdən çox əziyyət çəkmiş regionun ən qısa zamanda sülhə, əmin-amanlığa və sabitliyə qovuşmasını arzuladığını bildirib.

"Türkiyə bölgədə və dünyada sülhün səsini yüksəltməyə davam edəcək".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam