Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi

Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi


İrəvanda keçiriləcək Avropa çempionatına getməyi heç fikrimizdən belə keçirmirik.

Yenixeber.org: Bunu güllə atıcılığı üzrə millimizin baş məşqçisi İradə Aşumova deyib.

27 fevral - 5 mart tarixlərində 10 metr məsafədən güllə atıcılığı üzrə Avropa çempionatı Ermənistanın paytaxtı İrəvanda keçiriləcək. Hazırda Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərdə istiləşmə hiss olunur.

Bəs Azərbaycan millisi Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının 2026-cı ildə ilk mötəbər yarışında iştirak edəcəkmi?

Olimpiya, üçqat dünya mükafatçısı olmuş 67 yaşlı İradə Aşumova bildirib ki, həmin yarışa qatılmayacaqlar:

"Bizim tərəfdən III MDB Oyunları zamanı erməni idmançılara dövlət tərəfindən təhlükəsizlik zəmanəti verilmişdi. Onlar gəlib burada yarışmadılar. Ona görə biz də qərar verdik ki, həmin Avropa çempionatında iştirak etməyək. Bunun üçün heç dövlət qurumuna müraciət də etmədik".(prosport.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam