Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və…-FOTOLAR

n
Sosial şəbəkələrdə Ağcabədinin icra başçısı Rafil Hüseynovun haqqında olduqca maraqlı faktlar açıqlanıb…
Yenixeberorg.com: Əslində, bu faktlar Baş nazir Əli Əsədovun haqqında yazılanların təkrarı kimidir. Aybeniz İlqar Fateh adlı bilgili fb istifadəçi yazır: İndi sizə kimdən deyim, kimdən danışım, Ağcabədi İH başçısı Rafil Hüseynovdan. O Rafil Hüseynov ki, maaşı ilə tərs mütənasib olan Bakıda Novxanıdakı villasındakı partiyə 80 min manata Damla adıyla tanınan Məsuməni gətirmişdi. O Rafil Hüseynov ki, Ağcabədidə çətənə kollarını polis aşkarlayanda, “yabanı” adlandırıb, mətbuata da məhz bu adla sırımağı bacarmışdı. O Rafil Hüseynov ki, Bakıdakı villasında da belə kollar yetişdirilir, adını dekorasiya məqsədli yetişdirmə qoymuşdu.
O Rafil Hüseynov ki, Bakıdakı villasına çəhrayı flaminqolar və tovuz quşu gətirərək özü üçün xudmani təbiət qoruğu yaratmışdır. Və sair… və ilaxır… Damlanın pərəstişkarı və hayranı olan Rafil Hüseynovun Damla üçün “Gənclik” metrostansiyası yaxınlığında aldığı mənzildən yazmayacağam. Rafil Hüseynovun Ağcabədiyə İH başçısı gedən kimi işə qoydurduğu qohum-əqrəbalarından da yazmayacağam. Kifayət qədər yazmışam. Bu dəfə Rafil cənablarının ağacəkmə kampaniyası adı altında “həyata keçirməyi” başardığı işindən yazacağam. Deməli, Rafil Hüseynov Ağcabədi rayonunun “Zəfər” prospektində və Bəhramtəpə-Mingəçevir magistral yolunun Aşağı Avşar və Hacıbədəlli kəndləri ərazisindən keçən hissəsində ağacəkmə kampaniyası həyata keçirib. Məmumatda qeyd olunur ki, “Zəfər” prospektində ümumilikdə 700, yolun Aşağı Avşar və Hacıbədəlli kəndləri ərazidindən keçən hissəsində isə ümumilikdə 600 ağac əkilib. Əgər əkilənlərə ağac demək mümkünsə… Ümumilikdə 1300 ağac əkilib. 1300 ağaca pulu sayın Rafil Hüseynov öz cibindən verməyib. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan Ağcabədi əhlinin maaşından tutub o pulu. Özü də iki-üç qat artığına‼️Məsələnin ən ürəkağrıdan tərəfi isə budur ki, Rafil Hüseynovun göstərişinə əsasən xadimələrin, süpürgəçilərin də maaşından pul tutulub. P.S. Növbəti yazımda Rafil Hüseynovun Aşcabədi şəhər icra nümayəndəsi işləyn baldızı oğlu Fikrət Allahverdiyevin baldızı Səmayənin rayon mərkəzi xəstəxanasında at oynatmasından yazacağıq…” və sair.
Sitatın sonu.
n
("Tezadlar")

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam