Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Fəzail Ağamalı oğlundan gizlin qurultay keçirir -Elçin Ağamalıdan AÇIQLAMA

Hüquqları pozulmuş rayon və şəhər təşkilatlarının sədrləri qurultaydan sonra qəbul edilmiş bir sıra qərarların ləğvi və hüquqlarının bərpası üçün məhkəməyə müraciət ediblər.
Yenixeber.org: Bu barədə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının oğlu, sədrliyə namizəd Elçin Ağamalı özünün "Facebook" hesabında yazıb.
Onun sözlərinə görə, qurultaydan sonra mənim namizədliyimi dəstəkləyən rayon və şəhər təşkilatlarının sədrlərinə qarşı təqiblər başlanıb:
"Qurultaydan sonrakı ilk 5-6 gün istisna olmaqla, müzakirələrin fərqli məcraya yönəlməməsi üçün mətbuatdan və sosial şəbəkələrdən ona ünvanlanan sualları cavablandırmaqdan mümkün qədər çəkinmişəm. Partiyada yaranmış problemlərin qarşılıqlı dialoq yolu ilə həlli üçün çoxsaylı təşəbbüslər göstərsə də, bu addımlar müsbət nəticə verməyib. Bir müddət şəxsən mənə qarşı olan haqsız münasibətlə barışaraq geri addım atmaq barədə düşüncələrim olsa da, qurultaydan sonra partiyada baş verən proseslər məni bu fikirdən daşındırıb. Qurultaydan sonra mənim namizədliyimi dəstəkləyən rayon və şəhər təşkilatlarının sədrlərinə qarşı təqiblər başlanıb, onlar əsassız iddialarla, bəzən isə heç bir səbəb göstərilmədən partiya sıralarından və vəzifələrindən kənarlaşdırılıblar ki, bu da mövcud yerli təşkilatların təxminən dörddə üçünü təşkil edir".
O bildirib ki, qərarlar qeyri-legitim partiya strukturlarının adından qəbul olunub və bu proses daha çox qanunsuz qərarların verilməsi ilə nəticələnib.
"Hazırda partiyanın yerləşdiyi binanın akt zalında nizamnamə müddəalarının kobud şəkildə pozulması ilə müşayiət olunan növbəti qurultay gizli şəkildə keçirilir. Bakı şəhəri və ətraf rayonlardan gətirilən, əsasən partiyaya aidiyyatı olmayan şəxslərin iştirakı ilə təşkil edilən bu toplantı qeyri-legitimdir. Hüquqları pozulmuş rayon və şəhər təşkilatlarının sədrləri qurultaydan sonra qəbul edilmiş bir sıra qərarların ləğvi və hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət ediblər və onların bundan sonra müdafiə olunması onun üçün artıq vicdan məsələsidir", - E.Ağamalı əlavə edib.
O, məhkəmə prosesinin gedişi barədə mətbuata mütəmadi məlumat veriləcəyini qeyd edib.
Xatırladaq ki, Ana Vətən Partiyasının hazırkı sədri Fəzail Ağamalı İdarə Heyətinin qərarı ilə Elçin Ağamalının qurumdan xaric edildiyini bildirib.(demokrat)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam