Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsrail HƏMAS-a atəşkəs təklif etdi : İsrail qoşunları Qəzzadan çıxır?

 

İsrail hakimiyyəti HƏMAS-a hərəkat tərəfindən saxlanılan bütün girovların azad edilməsi müqabilində hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan razılaşma təklifi təqdim edib. Bu barədə “Axios” nəşri iki İsrail rəsmisinə istinadən məlumat verib.  

Yenixeber.org: “İsrail Qətər və Misir nümayəndələrinin vasitəsilə HƏMAS-a iki aya qədər hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan təklifi çatdırıb”, - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, bu, Qəzzada saxlanılan bütün qalan girovların azad edilməsini nəzərdə tutan çoxmərhələli razılaşmanın bir hissəsinə çevrilə bilər.

Razılaşma sağ qalan bütün girovların azad edilməsi və ölənlərin cəsədlərinin bir neçə mərhələdə qaytarılmasını nəzərdə tutur. Birinci mərhələdə qadınların, 60 yaşdan yuxarı kişilərin və vəziyyəti ağır olan girovların azad edilməsi təklif edilir.

Növbəti mərhələlərdə qadın əsgərlərin, əsgər olmayan və yaşı 60-dan yuxarı olan kişilərin, İsrail kişi əsgərlərin azad edilməsi və girovların cəsədlərinin təhvil verilməsi nəzərdə tutulur.

Razılaşmanın şərtlərinə görə, İsrail və HƏMAS hər bir israilli girov üçün azad ediləcək fələstinli məhbusların sayını əvvəlcədən razılaşdıracaq, ardınca isə məhbusların adları ilə bağlı ayrı-ayrı danışıqlar aparılacaq.

Təklif, həmçinin İsrail qoşunlarının anklavın əsas yaşayış məntəqələrindən çıxarılmasını və fələstinli mülki şəxslərin Qəzza şəhərinə və şimal zolağına tədricən qayıtmasına icazə verilməsini də əhatə edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam