Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Pakistan İrana nota verdi:  “Ağır nəticələri ola bilər”

  1.  Pakistan İrana notaİran Silahlı Qüvvələrinin Pakistan ərazisinə endirdiyi zərbə ölkənin hava məkanının pozulmasıdır və bu, ağır nəticələrə səbəb ola bilər”.
    Yenixeber.org: Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən bəyanatında deyilir.

    “Pakistan İranın öz hava məkanını əsassız şəkildə pozmasını və iki günahsız uşağın ölümünə və üç qızın yaralanmasına səbəb olan Pakistan ərazisinə hücumunu qətiyyətlə pisləyir. Pakistanın suverenliyinin bu şəkildə pozulması tamamilə qəbuledilməzdir və ciddi nəticələrə səbəb ola bilər. Daha qorxulusu, bunun Pakistan və İran arasında bir neçə rabitə kanalının olmasına baxmayaraq baş verməsidir”, - bəyanatda deyilir.
    Nazirlik bildirib ki, Pakistan tərəfi artıq İran Xarici İşlər Nazirliyinin Tehrandakı yüksək rütbəli rəsmisinə qətiyyətli etiraz bildirib. Bundan başqa, İranın müvəqqəti işlər vəkili insidentlə bağlı Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb.
    “Terrorizm regionun bütün ölkələri üçün ümumi təhlükədir və əlaqələndirilmiş fəaliyyət tələb edir. Bu cür birtərəfli hərəkətlər mehriban qonşuluq münasibətlərinə uyğun gəlmir və qarşılıqlı etimadı ciddi şəkildə sarsıda bilər”, - Pakistan Xarici İşlər Nazirliyi əlavə edib.
    Qeyd edək ki, ötən axşam İran silahlı qüvvələri Pakistanda yerləşən “Ceyş əl-Zolm” terror qruplaşmasının iki qərargahına zərbələr endirib. “Tasnim” agentliyinin məlumatına görə, əməliyyatda pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilib.
    Xatırladaq ki, yanvarın 10-na keçən gecə “Ceyş əl-Zolm” terrorçuları İranın cənub-şərqində Sistan və Bəlucistan əyalətinin Rask və Cənqəl şəhərləri arasında nəzarət-buraxılış məntəqəsinə hücum edərək bir polis əməkdaşını öldürüblər. Təşkilat əvvəllər İran-Pakistan sərhədində törədilən terror aktlarına, eləcə də İran sərhəd xidmətinin əməkdaşlarına hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam