Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Fransanın bu addımı onun acizliyinin göstəricisidir” -Rəy

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Cavanşir Feyziyev Fransanın Azərbaycan diplomatlarını “arzuolunmaz şəxs” elan etməsini onun zəifliyinin göstəricisi hesab edir.

Yenixeber.org xəbər verir ki, Milli Məclisin deputatı açıqlamasında bildirib ki, Emmanuel Makronun prezidentliyi dövründə Fransa siyasəti bütün istiqamətlərdə iflasa uğrayıb: “Fransa qoşunlarının dörd Qərbi Afrika ölkəsindən qovulması, müstəmləkə ərazilərində Fransa hakimiyyətinə qarşı etirazların güclənməsi, ölkə daxilində aparılan islahatların uğursuzluğu və daxildə səngimək bilməyən etirazlar Fransa hökumətini iflic vəziyyətə gətirib. İş o yerə çatıb ki, prezident Makron sosial təminat sahəsində “islahat” adı altında həyata keçirdiyi qanun dəyişikliklərini parlamentdə müzakirə edilmədən imzalamağa məcbur olub”.

C.Feyziyev deyib ki, Fransanın beynəlxalq siyasət istiqamətində bütün cəhdləri uğursuzluqla nəticələnib: “Şərqi Aralıq dənizində Türkiyə- Yunanıstan ixtilafına uğursuz müdaxilə cəhdi, Liviyada Türkiyə ilə rəqabəti birdəfəlik uduzması, Rusiya-Ukrayna müharibəsinə birmənalı olmayan dəyişkən münasibəti Fransanı dəfələrlə beynəlxalq miqyasda biabır edib. Son üç ildə ölkəmizə qarşı Ermənistanın haqsız mövqeyini BMT Təhlükəsizlik Şurasında dəstəkləmək cəhdləri də digər üzv dövlətlər tərəfindən dəfələrlə rədd edilib. Bütün bunlar Fransa siyasətinin bütün istiqamətlərdə yarıtmaz olduğunu göstərir”.

Milli Məclisin üzvü, həmçinin vurğulayıb ki, Makron hökumətinin Azərbaycanın iki diplomatının ölkədən çıxarılması haqqında qərarı isə bir daha Fransanın hadisələrin ardınca süründüyünü sübuta yetirir: “O, bu addımı casusluqda ittiham olunan iki fransalı diplomatın ölkəmizdən qovulmasına “cavab addımı” kimi atıb. Fransalı diplomatların qeyri-qanuni fəaliyyəti beynəlxalq səviyyədə isübut olunmuş faktdır. Lakin Fransa hökumətinin diplomatlarımızı nədəsə günahlandırmağa heç bir əsası və dəlili yoxdur. Ona görə də Fransa hökuməti tərəfindən iki diplomatımızın “arzuolunmaz şəxs” elan edilməsi onun zəifliyinin və fakt qarşısında acizliyinin göstəricisidir”.(“Report”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam