Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nurgün Holdinq”in müəmmalı fəaliyyəti: Əli Kərimliyə avtomobil bağışlayan Nuru Əliyev kimdir? -TƏFSİLAT

“Nurgün Holdinq”in müəmmalı fəaliyyəti: Əli Kərimliyə avtomobil bağışlayan Nuru Əliyev kimdir?
AXCP sədri Əli Kərimlinin həbsi onun keçmişini də gündəmə gətirdi. Əbülfəz Elçibəyin dönəmində iqtidarla yaxın təmasdaKI birinci müavin olarkən sürdüyü maşın cəbhəçilərin dilindəydi.
Yenixeber.org: Maşından daha çox o avtomobilin hədiyyə olması müzakirə edilirdi.
Belə ki, Əli Kərimliyə ilk “Nissan Maxima”sını “Nurgün Holdinq”in prezidenti Nuru Əliyevin bağışladığı o dövrün cəbhəçilərinin dilində əzbərə dönmüşdü. O dönəm mediada da öz qəzeti (“Ekspress”) ilə AXCP-nin “Yurd” qanadına dəstək verən “Nurgün Holdinq” Azərbaycan milli burjuaziyasının ilk qaranquşlarından hesab olunurdu.
Azərbaycanda avtomobildən supermarketlər zəncirinə qədər geniş sahədə ad çıxaran “Nurgün Holdinq”ə aşağıdakı şirkətlər daxildir:

– “Nissan Azərbaycan”

– “Infiniti Azərbaycan”

– “Ford Azərbaycan”

– “Renault Azərbaycan”

– Nurgün İnşaat

– “Bello” Yuyucu Vasitələr Fabriki

– Salyan Süd zavodu

– “Kaspian Transport”

– “Kontinental” mağazalar şəbəkəsi

– “NICOS” kosmetika məhsulları, “Active” qabyuyan mayeləri, “BIOSENSE” şampunları, “Rocchetta”, “Vittel” və “Erikli” sularının, “Havoline” və “Ardeca” yağlarının idxalçısı və s.

Bir müddət öncə “NBC Bank” və “Rəvan Sığorta” kimi bank və sığorta sektorunda da olmaq istəyən “Nurgün Holdinq” oradakı rəqabətə davam gətirə bilmədi. Ancaq digər sahələrdə mövcudiyyətini davam etdirən Nuru Əliyev haqqında iddialar Əli Kərimliyə maşın bağışlamasından başqa məsələlərlə də bağlıdır.
Belə ki, N.Əliyev nadir iş adamlarından biridir ki, onu şəxsən tanıyanların sayı olduqca azdır. Hətta holdinqə məxsus heç bir saytda nə holdinqin rəhbəri, nə rəhbərliyində təmsil olunan şəxslər haqqında bir cümlə də olsun məlumat yoxdur. 30 ildən artıqdır, Azərbaycan bazarında çalışan, iri layihələrdə pay sahibi olan bir şirkətin rəhbərliyi haqqında ictimaiyyətə açıq informasiya təqdim edilməməsi suallar yaradır.
Eləcə mediada Nuru Əliyevin müxalifətin bir qanadı ilə yaxınlığına dair söyləntilər də Əli Kərimlinin gündəmdə olduğu dönəmdə diqqət çəkir.(yenicag.az)
Yazıda adı çəkilən şəxs və qurumların mövqeyini yayınlamağa hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam