Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Balaxanı Oil" şirkətinə ŞOK talançılıq İTTİHAMI

Adı son zamanlar müxtəlif xoşagəlməz hallarda çəkilən “Balakhani Oil Company” ilə bağlı bu dəfə deputat Razi Nurullayev dilə gəlib.

Yenixeber.org: Deputat qonaq olduğu TNS internet kanalının efirində şirkət rəhbərliyini sərt tənqid edib, telefonlara cavab vermədiyini, rəhbərliyinin oğurluq, talançılıqla məşğul olduğunu bildirib. Millət vəkili qeyd edib ki, bu şirkət xalqın sərvətinin üzərində oturub xalqa və Milli Məclisə hörmətsizlik edir. R. Nurullayev "Balaxanı Oil” şirkətinin əməllərini araşdırmağa çağırıb. Deputat əlavə edib ki, dəfələrlə şirkətin rəhbəri Rövşən Rzayevə və müavininə zəng edib, amma açan olmayıb: "Necə olur ki, enerji sektoruna aid bir şirkətin rəhbərliyi telefona cavab verməsin?!"
Qeyd edək ki, 2012-ci ildən fəaliyyətdə olan “Balaxanı Operating Company LTD” (BOC) haqda müxtəlif iddialar var. Mediada gedən xəbərlərə görə, ekoloji tədbirlər, ətraf mühitin mühafizəsi, məktəblilər üçün maarifləndirici aksiyalar və bəzən mədəni tədbirlər təşkil edilir. Ancaq bu vitrin görüntüsü, işçi münasibətləri və şəffaflıqla bağlı iddialar fonunda sarsılır. 
Şirkət tez-tez işçilərə dəyər verdiyini və onların təhlükəsizliyini ön planda saxladığını bildirir. Hətta Ümumdünya Əməyin Mühafizəsi Günündə keçirilən tədbirlərdə işçilərin hüquqları və sağlamlıq məsələlərinin vacibliyi vurğulanır. Lakin bu açıqlamalara baxmayaraq, real mənzərə tam da bu deyil.
BOC ilə bağlı mediada yayılan çoxsaylı iddialar arasında maaşların gecikdirilməsi və ya qismən ödənilməsi xüsusilə diqqət çəkir. Bəzi keçmiş və hazırkı işçilər maaşların bəzən aylardır verilmədiyini, ödənişlərin isə qeyri-rəsmi yollarla aparıldığını bildirirlər. Bu, yalnız əmək qanunvericiliyinə zidd deyil, həm də şirkətin sosial məsuliyyət anlayışına ciddi zərbədir.
Şirkətdə “qohumbazlıq” məsələsi də gündəmdədir. Müstəqil mənbələrdə yayılan iddialara görə, rəhbər şəxslərin yaxınları və ailə üzvləri mühüm vəzifələrə yerləşdirilir. Bu isə həm daxildə narazılığa, həm də kənardan baxıldıqda şirkətin imicinə xələl gətirir. Bacarıqlı, lakin əlaqəsiz şəxslərin sistemdən kənarda qalması şirkətin inkişafına da mənfi təsir edir. Gecə növbələri, sərt hava şəraitində çöl işləri və bəzən lazımi tibbi və texniki təminatın olmaması insan sağlamlığına ciddi təhlükə yaradır.(anxeber.az)

Şirkətin mövqeyini işıqlandırmağa hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam