Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sərdar Hacıyev 1 milyon manat dövlət vəsaitini necə səmərəsiz xərcləyib?

media-serd
Aqrar Xidmətlər Agentliyi dövlət vəsaitini səmərəsiz xərcləyib.
media-91
Yenixeber.org: Hesablama Palatasının auditinə əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) satınalmaları zamanı dövlət vəsaitlərinin səmərəli istifadəsi təmin olunmayıb.
Hesabatda qeyd olunur ki, 2023-cü ildə Agentlik tərəfindən Kosta-Rika mənşəli 51 949 dəst feromon tələsi 1,67 mln. manata yaxın vəsait hesabına satın alınıb. Bir dəstin qiyməti 32,13 manat səviyyəsində rəsmiləşdirilib ki, bu da bazar şərtlərinə uyğun gəlməyib. İki ilə yaxın müddətdə istifadəsinə baxmayaraq, həmin tələlər dövlət sınağından keçirilməyib və qeydiyyata alınmayıb.
media-manatt
Audit nəticəsində 2025-ci ilin əvvəlinə 35 mindən çox dəstin anbarda istifadəsiz qaldığı, köhnəlməyə məruz qaldığı müəyyən edilib. Bu isə təqribən 1 mln. manata yaxın dövlət vəsaitinin səmərəsiz xərclənməsinə səbəb olub.
Bundan əlavə, sənədlərdən aydın olub ki, feromon tələlərinin asılması risk əsaslı yanaşmalara uyğun aparılmayıb. Zərərvericilərin əsasən şimal və şimal-qərb bölgələrində müşahidə edilməsinə baxmayaraq, 2024-cü ildə tələlər demək olar ki, bütün bölgələr üzrə quraşdırılıb. Bəzi hallarda isə fermer təsərrüfatları üzrə rəsmi rəsmiləşdirmə aparılmayıb.
Hesablama Palatası bu faktları dövlət vəsaitlərinin düzgün proqnozlaşdırılmaması, tələbatın real qiymətləndirilməməsi və satınalma prosedurlarında optimal yanaşmaların tətbiq edilməməsi kimi qiymətləndirib. Kollegiya nəticələrə əsasən nöqsanların aradan qaldırılması, artıq xərclərin bərpası və aidiyyəti qurumların məlumatlandırılması barədə qərar qəbul edib.(xalq.online)
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi rəhbəri Sərdar Hacıyevdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam