Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Koronavirusun mənbəyi olan Uhanda xəstə qalmadı

 

Koronavirusdan sağalmış son üç pasiyent Çinin Uhan şəhərindəki xəstəxanadan evə buraxılıblar.

Yenixeber.org: RİA "Novosti" xəbər verir ki, bu barədə Səhiyyə Məsələləri üzrə Şəhər Komitəsinin xəbərində deyilir.

Qeyd edilir ki, iyunun üçündə son üç pasiyentin iki COVID-19 analizinin nəticəsi mənfi olub. Onların hərarəti normada idi, simptomlar yox olub. Növbəti gün həkimlər pasiyentlərin səhhətini xəstəxanadan buraxılmaq üçün qənaətbəxş qiymətləndiriblər.

"Beləliklə, Uhan xəstəxanalarında yeni koronavirus pasiyentləri yoxdur", - xəbərdə deyilir.

Bundan başqa, 1 iyuna olan vəziyyətə görə, daha əvvəl orta risk zonası tanınmış Dunsihu ərazisində 14 gün ərzində yeni yoluxma aşkar edilməyib, buna görə 2 iyundan epidemiologiya təhlükəsi orta səviyyədən aşağı salınıb.

İndi Uhanın bütün rayonları aşağı səviyyəli təhlükə zonalarıdır.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlamışdı. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam