Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Rayonlararası marşrut avtobusları üçün yeni qaydalar müəyyənləşib - Dövlət Xidməti

Rayonlararası müntəzəm marşrut avtobusları yeni qaydalarla fəaliyyət göstərəcək.

Yenixeber.org: Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tövsiyələrinə əsasən avtobuslar hazır vəziyyətə gətirilib. Nazirlər Kabineti yanında Operativ Qərargah rayonlararası müntəzəm sərnişindaşımaya qoyulan məhdudiyyəti ləğv edən zaman avtobuslar yenidən fəaliyyətə başlayacaq. Lakin avtobuslar səfərlərə tam dolu şəkildə çıxmayacaq. İstirahət üçün nəzərdə tutulan yerlərdə DANX-ın müfəttişləri də olacaq, onlar 3 saat müddətindən çox səfər edən avtobusların sərnişin və heyətinin həmin istirahət mərkəzində asudə vaxtlarının təmin edilməsinə nəzarət edəcəklər.

N.Allahyarovanın sözlərinə görə, avtobusların salonu həmin müddətdə tamamilə boşaldılacaq, təmizlik işləri aparılacaq. Bununla yanaşı, heç bir sərnişin maskasız avtobusa buraxılmayacaq. İlkin olaraq maskasız sərnişinlər avtovağzal və avtostansiyalarda maska ilə təmin ediləcək. Ancaq sonradan sərnişinlər özləri qaydalara riayət edərək maska ilə gəlməlidirlər.

DANX-ın nümayəndəsi qeyd edib ki, avtobuslarda qiymət artımının olmamasına da xüsusi nəzarət ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam