Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Bu şəhərdə 100-ə yaxın uşaqda COVID-19-un digər sindromu aşkarlanıb

 

ABŞ-ın Nyu-York ştatında koronavirusa yoluxmuş təxminən 100 uşaq və yeniyetmədə COVID-19-la  əlaqəli olduğu ehtimal edilən iltihablı sindrom üzə çıxıb.

Yenixeber.org: RİA “Novosti”nin məlumatına görə, bu barədə ştatın qubernatoru Endrü Kuomo keçirdiyi mətbuat konfransında bildirib.

"Əvvəlcə biz düşünürdük ki, bu virus uşaqlara yoluxmur. İndi bizi güclü şəkildə narahat edən problemlə mübarizə aparırıq. Bizdə COVID-19-la bağlı olduğu görünən iltihab xəstəliyinin təxminən 100 yoluxma hadisəsi var", - Kuomo deyib. 

Daha əvvəl o qeyd edib ki, ştatda koronavirusla əlaqəli olduğu ehtimal edilən iltihab sindromundan üç uşaq ölüb. "Biz 5 və 7 yaşlı oğlanları və 18 yaşlı qızı itirdik", - qubernator qeyd edib.

Qubernatorun açıqladığı məlumatlarda bildirilir ki, xəstəliyə yoluxanların 5%-i 1 yaşa qədər körpələr, 18%-i 1-4 yaşlı körpələr, 29%-i 5-9 yaşlı uşaqlar, 28%-i 10-14 yaşlı yeniyetmələr, 16%-i 15-19 yaşlı, 4%-i isə 20-21 yaşlı gənclərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam