Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

“Kameraların qoşulması üçün kifayət qədər resurs yoxdur”

“Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində 6 minə yaxın müəssisə var. Qısa müddətdə bu müəssisələrin hamısında kameraların qoşulması üçün kifayət qədər resurs yoxdur”.

Yenixeber.org xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.

“Arzularımız və resurslarımızın üst-üstə düşməməsi məsələsi var. Arzumuz odur ki, bütün müəssisələrimizdə kamera olsun. “Məktəblinin dostu” layihəsi çərçivəsində 200-ə yaxın məktəbdə kamera quraşdırılıb. Bu il Gəncə və Lənkəran şəhərləri də bu layihəyə qoşulacaq. Həmin regionların məktəblərində də kameraların quraşdırılmasına başlanılacaq”,- agentliyin direktoru bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam