Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Bu ölkədə doğuş PULSUZ OLDU : "Qiymətlər eyniləşdirilib ki..."

 

Gürcüstan Səhiyyə Nazirliyi doğuşun tam maliyyələşdirilməsinə qərar verib.

Yenixeber.org xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

"Doğuş universal tibbi sığorta ilə əhatə olunacaq. Qərar həkimlərin rəyi olduqda qeysəriyyə əməliyyatına da şamil edilir.

"Beləliklə, doğuş zamanı qadınlar həkim və ağrıkəsicilərin qiymətini, həmçinin dərman, qida və həm birbaşa, həm də dolayı xərcləri seçə biləcəklər. Nəticə etibarı ilə xəstələr ümumiyyətlə pul ödəməli olmayacaqlar", - deyə şöbədən bildirilib.

Bununla belə, qeysəriyyə əməliyyatı tibbi səbəblərə görə deyil, pasiyentin istəyi ilə, eləcə də VİP palatada xidmət ödənişli olaraq qalacaq - 1,2 min lari (təxminən 452,5 dollar). Onlar universal sığorta proqramına daxil olan bütün tibb müəssisələrində ödənilə bilər.

Səhiyyə Nazirliyi qeyd edib ki, təbii doğuş və keysəriyyə əməliyyatının qiymətləri eyniləşdirilib. Bu addım ona görə atılıb ki, tibb işçilərinin boş yerə keysəriyyəyə əl atmaq həvəsi olmasın. Vurğulanıb ki, hazırda ölkədə bu üsulla (keysəriyyə) doğulanların səviyyəsi yüksəkdir.(Rublika.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam