Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Qazaxıstan Ermənistana silah satmayıb! - RƏSMİ AÇIQLAMA

Qazaxıstan Ermənistana silah satmayıb! - RƏSMİ

Qazaxıstan Müdafiə Nazirliyi Ermənistana silah tədarükü ilə bağlı xəbərlərə münasibət bildirib.

Yenixeber.org: Nazirlik Ermənistana silah tədarük edilməsini təkzib edib.

Nazirliyin açıqlamasında deyilir ki, bir sıra sosial şəbəkə hesablarında və xəbər portallarında Qazaxıstanın guya Ermənistana silah tədarük etmək niyyətində olması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:

“Ermənistan Respublikasına Qazaxıstan silahlarının tədarükü ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bundan əlavə, Qazaxıstan hökuməti 2022-ci ildən etibarən silah və hərbi texnikanın ölkədən ixracına qadağa qoyub”, - açıqlamada bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın müdafiə naziri Suren Papikyan ölkəsinin Qazaxıstandan “TOS-A” reaktiv yaylım atəşi sistemləri almağı planlaşdırdığını açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam