Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Zelenski yeni sanksiyalar tətbiq etdi -SİYAHI

Zelenskidən yeni SANKSİYALAR

Ukrayna prezidenti Volodimir Zelenski 147 fiziki və 303 hüquqi şəxsə qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.

Yenixeber.org: Bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sanksiya siyahısına daxil edilənlər arasında "Yandex" şirkətinin korporativ inkişaf müşaviri Aleksey Kudrin və "Rusnano" şirkətinin keçmiş rəhbəri Anatoli Çubays da var. 

Sanksiyaya məruz qalan şəxslər arasında Krasnoyarsk diyarının qubernatorunun oğlu Aleksandr Uss Artem, TASS-ın baş direktoru Andrey Kondraşov, Malayziya Hava Yollarına məxsus MH17 reysinin qəzaya uğramasında təqsirləndirilən Leonid Xarçenko və bir sıra hərbçilər var.

Rusiyalılarla yanaşı, Ukrayna, Rumıniya, Kipr, Böyük Britaniya, Özbəkistan, Lixtenşteyn, Avstriya, İsveçrə və Belarus vətəndaşları da sanksiyalara məruz qalıb. Hüquqi şəxslər arasında sanksiya siyahısına aviasiya, tikinti və texnologiya sahələrində fəaliyyət göstərən Rusiya, Kipr, Çin və BƏƏ-də qeydiyyatdan keçmiş şirkətlər var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam