Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Kürdəmirdə “Narkomaniya yox deyək! ” mövzusunda maarifləndirmə  tədbiri keçirilib.

 Kürdəmir Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun R.Quliyev adına 5 
saylı tam orta məktəbində “Narkomaniya yox deyək!” mövzusunda maarifləndirmə 
tədbiri keçirilib.

Yenixeber.org Görüşdə çıxış edən RPŞ-nin əməkdaşları respublikamızda narkotik 
vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə və əldə olunan 
nəticələri barədə məlumat veriblər. Əsrin bəlası olan narkomaniyaya qarşı 
mübarizəni effektiv şəkildə təmin etmək məqsədilə bu cür maarifləndirmə 
tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirən polislər, 
gənc nəslin sağlam böyüməsinin,  valideynlərinin etimadını doğrultmasının və 
Vətənə layiqli övlad kimi yetişməsinin önəmindən danışıblar. Həmçinin,  daxili 
işlər orqanlarında xidmət etmək həvəsində olan şagirdlərə Polis Akademiyasının 
tarixi və bu təhsil müəssisəsinə kursant qəbulu qaydaları ilə bağlı ətraflı 
məlumatlar  verilib.  
Görüşün sonunda  şöbə əməkdaşları tərəfindən şagirdlərə RPŞ-nin müxtəlif 
xidmətlərinə təhkim olunmuş xidməti avtomobillər, xüsusi texniki vasitələr və 
avadanlıqlar nümayiş etdirilib, xidməti ərazidə ictimai təhlükəsizliyin və ictimai-
asayişin təmin olunması barədə görülən işlərdən danışılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam