Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Ərdoğan haqlıdır, bu, Türkiyədən asılıdır – Surenyants

Ermənilərə ən böyük zərəri Ermənistanı təxribata yönləndirənlər və müharibədən qazanc əldə edənlər vurdu. Qərb ölkələrindən göndərilən heç bir silah sabit dünyanı əvəz edə bilməz.

Yenixeber.org xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants Feysbuk səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarını şərh edərkən yazıb.

“Müəllifi Ərdoğan olsa belə, bunlar doğru sözlərdir. Nə Şimaldan, nə də Qərbdən “xilaskar” ola bilər. İrəvanın dövlətçiliyi ilk növbədə Ermənistan-Rusiya və Ermənistan-Türkiyə münasibətlərinin keyfiyyətindən asılıdır”, - o bildirib.

Qeyd edək ki, Ərdoğan Ermənistana səslənərək, Azərbaycanla sülh bağlamağa çağırıb. O vurğulayıb ki, İrəvan təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıqda axtarmalıdır.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam