Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

“Qarabağda, Liviyada etdiklərimizi nəzərə alsaq, kimsə bizimlə oyun oynaya bilməz” - "Bunu dəfələrlə sübut etmişik”

           “Qarabağda, Liviyada etdiklərimizi nəzərə alsaq, kimsə bizimlə oyun oynaya bilməz”.

Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadan qayıdanda jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Türkiyənin terrorla mübarizəsi və güclü orduya sahib olması da bunu deməyə əsas verir: “Hər an hazır olmalıyıq. İndi PUA texnologiyası bizim ən güclü olduğumuz sahədir. Dəniz qüvvələrində də yaxşı yerdəyik. Quru qoşunlarımız da yaxşı durumdadır. Bu gün quru qoşunlarımız NATO ölkələri arasında beşinci yerdədir”.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə regionda güclü olmağa məcburdur: “Bölgədə baş verənləri diqqətlə izləyirik. Heç bir ölkə narahat olmasın. Çünki böyük və güclü Türkiyə dünya sülhünə də töhfə verir. Bunu dəfələrlə sübut etmişik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam