Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

“WhatsApp” istifadəçilərinə -PİS XƏBƏR

 

"Google" artıq "WhatsApp" üçün limitsiz yaddaşın təklif olunmayacağını açıqlayıb.

Yenixeber.org bildirir ki, istifadəçilər "Google One" abunəliyindəki yaddaş sahəsinə uyğun olaraq "WhatsApp"ın ehtiyat nüsxəsini çıxara biləcəklər.

"WhatsApp" illərdir "Android" və "iOS" ekosistemində istifadəçilərinə ehtiyat imkanlar təqdim edir. Bu mövzuda; "iPhone" istifadəçiləri "iCloud" vasitəsilə, "Android" istifadəçiləri isə "Google Disk" vasitəsilə ehtiyat nüsxəsini çıxara bilər. "Google" və "WhatsApp" tərəfindən edilən birgə açıqlamada, "Google Drive" ehtiyat nüsxələrinin artıq limitsiz olmayacağı bildirilib.

Qeyd edək ki, yaxın günlərdən etibarən istifadəçilər "WhatsApp" məlumatlarının ehtiyat nüsxəsini yalnız "Google" hesablarında saxlama yeri (15GB) qədər saxlaya biləcəklər. "Google" hesabında yaddaş yerini dolduran istifadəçi ya "Google One" paketi almalı, və yaxud bəzi məlumatlarını silməli olacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam