Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Elçin Quliyev generalı təntənə ilə yola saldı

 

Bir müddət öncə sağlamlığında olan problemlərə görə, öz müraciəti əsasında Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsinin rəisi vəzifəsindən azad olunan general-mayor Ayaz Hüseynov Silahlı Qüvvələrin ehtiyatına buraxılıb.

Yenixeber.org xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev generalı qəbul edərək onun çalışdığı illər ərzində böyük xidmətləri olduğunu diqqətə çatdırıb, peşə fəa­liy­­yətini yüksək qiymətləndirib.

Elçin Quliyevin tapşırığı əsasında Xidmət rəisinin müavini general-leytenant Cavid Abdullayevin iştirakı ilə Ayaz Hüseynovun hörmətlə yola salınması üçün onun tabeliyində olmuş şəxsi heyətlə səmimi bir görüş də keçirilib. C. Abdullayev isə görüşdə bildirib ki, Xidmət rəhbəri Ayaz Hüseynova Dövlət Sərhəd Xidmətində fəaliyyətini davam etdirməyi təkidlə təklif etsə də, bir müddət öncə keçirdiyi avtomobil qəzasının səhhətində yaratdığı problemlər səbəbindən işləməkdən imtina edib. Görüşün sonunda A. Hüseynov çalışdığı müddətdə ona göstərilən etimad və diqqətə görə ölkə rəhbərliyinə və xidmət rəisinə dərin münnətdarlığını bildirib.

Qeyd edək ki, Ayaz Hüsey­nov Dövlət Sərhəd Xidmətində 20 ildən artıq bir müddətdə qüsursuz xidmət edib.  Vətənpərvərliyi, döv­lətə sədaqəti və peşəkarlığı ilə seçilən zabit olduğu üçün onun xidməti fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Tərəqqi” medalları ilə təltif edilib. Gənc yaşlarından general-mayor rütbəsinə layiq görülərək, ölkənin ən gənc generallarının sırasına daxil olub. 44 günlük müharibədən sonra ölkə başçısının Sərəncamı ilə “Vətənə xidmətə görə ordeni” ilə təltif olunub. Müharibə veteranıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam