Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

"Qanunun tələblərinə ciddi riayət etməlidirlər" -Palata sədri

 

“Məlum olduğu kimi, növbəti ilin əvvəlindən satınalmalarla bağlı yeni qanun qüvvəyə minəcək. Hazırkı “Dövlət satınalmaları haqqında” qanun 22 il qüvvədə olub. Bu illər ərzində 110-dan, o cümlədən 75-dən çox mahiyyəti üzrə dəyişikliklər edilib”.

Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. Onun sözlərinə görə, qüvvədə olan qanun və onun tətbiqi ilə bağlı mexanizmlər, son üç il qismən istisna olmaqla, dayanıqlı meyarların müəyyən edilməsi və ümumiyyətlə təşkilatların fəaliyyətinin nəticəliyinin artırılmasında gözlənilən əhəmiyyətli rola malik olmadı:

“Satınalmanın son məqsədi vəzifələri yerinə yetirərkən təşkilata dəyər əlavə etməkdir. Satınalma fəaliyyəti təşkilatın işini yerinə yetirilməsi üçün lazımi məlumatları əldə etməklə gündəlik olaraq təşkilat mandatlarını dəstəkləyir. 2024-cü ilin dövlət büdcəsinin satınalma xərcləri yeni qanunun tələbləri əsasında aparılacaq. Yeni qanunun qüvvəyə minməsi ilə büdcə vəsaitindən istifadə edən qurumlar növbəti ildən satınalma ilə bağlı yeni siyasət müəyyənləşdirməli, planlaşdırma işlərinə vaxtında başlamalı və qanunun tələblərinə ciddi riayət etməlidirlər”.

V.Gülməmmədov vurğulayıb ki, dövlət sektorunun təşkilatları üzrə maliyyə hesabatlarının müvafiq çərçivələrə uyğun tərtibi üçün görülən işlər gücləndirilməlidir: “Qurum səviyyəsində konsolidə edilmiş maliyyə hesabatları üzrə ilk dəfə apardığımız auditlər bu sahədə problemlərin olduğunu göstərir. Problemlər həm hüquqi bazadan, həm də peşəkar potensial boşluqların olmasından irəli gəlir. Bu baxımdan, müvafiq hüquqi bazanın təkmilləşdirilməsi, mühasibat uçotunun, eləcə də maliyyə hesabatlılığının unifikasiyasını və cari monitorinqini təmin edəcək rəqəmsallaşma proseslərinin sürətləndirilməsi, həmçinin dövlət qurumlarında daxili audit funksiyasının yaradılması və inkişaf etdirilməsi üzrə tədbirlərin gücləndirilməsini məqsədəuyğun hesab edirik


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam