Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

“Titanik”də şam yeməyi menyusu hərraca çıxarılacaq -FOTO

 

1912-ci il aprelin 11-dən qorunub saxlanılan unikal gəmi menyusu aysberqlə toqquşmadan cəmi üç gün əvvəl sərnişinlərin şam yeməyində nə yediklərini göstərir. Axşam yeməklərinin siyahısına molyusk, qızılbalıq, skvab (göyərçin əti) və desertə “Viktoriya” pudinqi daxildir.

Yenixeber.org: Menyu xilasedici qayıqlardan birində tapılıb, ona görə də mütəxəssisləri hələ də evakuasiya zamanı onu kimin və nə üçün özü ilə apardığı maraqlandırır.

Yeməklərin siyahısı “Henry Aldridge & Son” hərrac evi tərəfindən damalı göyərtə yorğanı da daxil olmaqla digər nadir lotlarla birlikdə satılır. Menyu təxminən 85 min ABŞ dolları (144,5 min manat – red.) dəyərində qiymətləndilir.

“Titanik”də şam yeməyi menyusu hərraca çıxarılacaq.

2018-ci ildə “Titanik” gəmisində ilk yeməyin menyusu 140 min ABŞ dollarına (238 min manat – red.) satılıb. Nahar yeməyinə əsas yemək kimi mal ətindən bulyon və ya toyuq şorbası, qızardılmış toyuq, quzu əti və ya ispanaqlı vetçina, qarnir üçün noxud, gül kələmi və ya qaynadılmış kartof, pudinq, kral armudu, pirojnalar və qəhvə daxil olub.

Suda batmış “Titanik”də son nahar zamanı verilən yeməklərin siyahısı 2015-ci ildə 88 min ABŞ dollarına (149,6 min manat – red.) satılıb. Birinci sinif sərnişinlərə bişmiş kremli qızardılmış quzu əti, qaxac ət, püre, qızardılmış və bişmiş kartof, balıq, vetçina və mal əti qəlyanaltıları, alma bezesi və səkkiz növ pendir təklif edilirdi.

Mənbə: octagon.media


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam