Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Sabaha yağış gözlənilir -PROQNOZ

 

Noyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenixeber.org-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Həmçinin bu xəbəri oxuyun: «Легенда защиты Шуши» грезит возвращением в статусе хозяина

Havanın temperaturu gecə 12-15° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gün ərzində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11° isti,gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam