Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Azərbaycan rusiyalı turistlərin seçdikləri ölkələr siyahısında ilk onluqda

 

Azərbaycan Rusiyalı turistlərin bu il üçün seçdikləri ölkələr siyahısında ilk 10-luqdadır.

Bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin hesabatından aydın olub.

Məlumatda qeyd edilir ki, rusiyalılar ötən illə müqayisədə xaricə daha çox səyahət etməyə başlayıblar. Belə ki, sırf turistik məqsədlə rusiyalılar ölkəni yeddi milyon dəfə tərk ediblər ki, bu da 2022-ci illə müqayisədə 49% çoxdur.

Rusiya vətəndaşları tətil üçün seçdiyi ölkələr siyahısının ilk 10-luğuna Azərbaycandan başqa Türkiyə, BƏƏ, Misir, Tailand, Ermənistan, Çin, Özbəkistan, Qazaxıstan və hətta Kuba daxildir.

Bundan əvvəl Azərbaycan Dövlət Turizm Agentliyindən Yenixeber.ora-a məlumat verilib ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana 1 milyon 344 min 260 turist gəlib. Ölkəmizin qonaqları arasında Rusiya vətəndaşları üstünlük təşkil ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam