Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Bu ölkənin vətəndaşları Qəzzada əsir düşdü -İkisi uşaqdır

 

Macarıstan hökumətinə ölkənin dörd vətəndaşının Qəzzada əsir düşməsi barədə məlumat daxil olub.

Yenixeber.org xarici mediaya istinadən xəbər verir ki, bu məlumatı noyabrın 5-də Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto səsləndirib.

Nazirin sözlərinə görə, əvvəlcə ona cümə axşamı ölkənin iki vətəndaşının, ertəsi gün üçüncü, bir gün sonra isə, yəni şənbə günü daha bir macarəsilli vətəndaşın əsir götürülməsi barədə xəbər veriblər. “Dörd əsirdən ikisi uşaqlardır”, - deyə P.Siyyarto əlavə edib.

Nazir onu da bildirib ki, əsirlər barədə məlumat İsrailin hakimiyyət orqanları və əsirlərin ailələri tərəfindən daxil olub.

“Hökumət əsirlərin mümkün qədər tez bir zamanda təhlükəsizlikdə olmalarından ötrü əlindən gələni edir”, - deyə o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam