Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edildi

Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edildi

2023-cü il 5 noyabr tarixində Tərtər rayonunun Təpəkənd kəndi istiqamətində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

Yenixeber.org: Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, piyada əleyhinə mina partlayışı nəticəsində Tərtər rayon Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu xəsarət alıb.

Xəsarət alan şəxsin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib.

“ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!”-deyə, məlumatda vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam