Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Bu günə qədər ən böyük uğurumuz... -Ərdoğan

  

Türkiyə problemlərin həllində açar ölkəyə çevirilib.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Qlobal gündəmi zəbt edən böhranların demək olar ki, hamısı ölkəmizin yerləşdiyi regionda baş verir. Biz Rusiya ilə Ukrayna arasındakı müharibədən tutmuş Suriyadakı qeyri-sabitliyə və Qəzzada humanitar faciəyə qədər bütün böhranların ilk həmsöhbətlərindənik. Bu günə qədər ən böyük uğurumuz ölkəmizi qaynar münaqişələrə tərəf çevirməməyimiz, qeyri-sabitlik alovunun ölkəmizə keçməsinə imkan verməməyimiz olub. Əksinə, həyata keçirdiyimiz balanslı, prinsipial və soyuqqanlı siyasətlə Türkiyəni böhranların həllində açar ölkəyə çevirdik", - Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, bütün böhranlarda həmişə ədaləti, sülhü, insan hüquq və azadlıqlarını müdafiə etmişik:

"Biz əlimizdə olan bütün imkanları səfərbər edirik ki, harda axan qan varsa, dayandırılsın. Biz məzlumları dəstəkləyərkən heç vaxt onların əqidəsinə, mənşəyinə baxmırıq, zalımın qarşısında dik durmağı özümüzə borc bilirik. Bundan sonra da eyni şərəfli mövqeyimizi davam etdirəcəyik".("TurkicWorld")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam