Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

"Dinimizdə dinc əhalini öldürmək qadağandır" -HƏMAS

 

Fələstinin radikal HƏMAS hərəkatı İsraillə əsir mübadiləsi məsələsində “tam kompromis”ə hazır olduğunu açıqlayıb. 

Yenixeber.org xəbər verir  ki, bu barədə hərəkat rəhbərliyinin nümayəndəsi Qazi Həməd "NBC News"a müsahibəsində bildirib. 

"Biz istəyirik ki, bu adamlar evə qayıtsınlar.  Ona görə də hesab edirəm ki, indi biz tam kompromis əldə etməyə, bütün girovların, həm hərbçilərin azad edilməsinə dair razılaşmaya hazırıq". 

Bütövlükdə münaqişə ilə bağlı vəziyyətə toxunan Həməd bildirib ki, qrup “işğala qarşı mübarizəni davam etdirəcək”, çünki “beynəlxalq hüquqa uyğun olaraq bunu etməyə qanuni hüquqları var”.

Oktyabrın 7-də İsrailə hücuma toxunan HƏMAS sözçüsü deyib ki, yaraqlılar dinc sakinləri öldürmək niyyətində deyillər.

"Dinimiz İslam dininin müddəalarına görə, dinc əhaliyə xəsarət yetirmək və ya öldürmək qadağandır. İlk gün bəzi çətinliklər yarandı  və dinc sakinlər qurban oldu” - Həməd qeyd edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam