Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Dünyada donuz ürəyi köçürülən ikinci insan da öldü -VİDEO

 

ABŞ-də dünyada donuz ürəyi köçürülən ikinci pasiyent olan 58 yaşlı Lorens Fosett dünyasını dəyişib.

Yenixeber.org xəbər verir ki, bu barədə məlumatı Merilend universitetinin tibb mərkəzi yayıb. 

Məlumata görə, o, əməliyyatdan 6 həftə sonra vəfat edib. 

Bildirilir ki, ürək çatışmazlığından əziyyət çəkən Lorensə genetik modifikasiya olunmuş donuz ürəyi sentyabrın 20-si köçürülmüşdü. 

Universitet qeyd edib ki, əməliyyatdan sonra bir ay ərzində köçürülən ürək çox yaxşı işləyib. Fosettdə son günlər orqanizmin ürəyi rədd etməsi əlamətləri müşahidə edilib və son nəticədə o bu səbəbdən dünyasını dəyişib. 

Xatırladaq ki, dünyada insana genetik modifikasiya edilmiş donuz ürəyinin köçürülməsi ilə bağlı ilk əməliyyat 2022-ci il yanvarın 7-si Baltimorda həyata keçirilib. Həmin şəxs 57 yaşlı Devid Bennet olub. Əməliyyatın uğurla keçməsinə baxmayaraq o, ötən ilin martında vəfat edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam