Təhsil - Yenixeberorg.com - Oxu, xəbərin olsun

Flyblast Travel Agency qalmaqalı böyüyür -
[center][/center]
Bakıda fəaliyyət göstərən Flyblast Travel Agency ilə bağlı ortaya çıxan məlumatlar ciddi qalmaqala səbəb olub. İddialara görə, şirkətin rəhbəri kimi təqdim olunan Rövşən Abdullayevin adı bir sıra ağır qanun pozuntularında hallanır.

Yenixeberorg.com xəbər verir ki, sosial şəbəkələrdə vətəndaşların şikayətlərində qeyd olunur ki, Flyblast Travel Agency ilə müqavilə bağlayan şəxslər aylarla hətta illərlə süründürməçiliyə məruz qalır, proseslər süni şəkildə uzadılır və nəticədə bir çox hallarda viza alınmır. Bu isə ödəniş edilmiş xidmətin faktiki göstərilməməsi kimi qiymətləndirilir.

Daha da ciddi iddialara görə, ödənişini geri tələb edən vətəndaşlara qarşı təzyiq və hədə-qorxu elementlərinin tətbiq olunduğu, müxtəlif bəhanələrlə pulların geri qaytarılmadığı bildirilir. Bu kimi hallar artıq sadə xidmət narazılığından çıxaraq daha ağır hüquqi müstəviyə keçir.

Bəzi şikayətçilər isə daha ağır iddialar səsləndirir. Onların sözlərinə görə, bəzi hallarda xarici pasportlara vurulan vizaların saxta olması ehtimalı mövcuddur. Bu istiqamətdə araşdırmaların davam etdiyi qeyd olunur və məsələ xüsusilə ciddi nəzarət tələb edir.

Maliyyə məsələləri də ayrıca suallar doğurur. Bildirilir ki, Rövşən Abdullayevin adı hallanan Flyblast Travel Agency müştərilərdən ödənişləri nağd şəkildə qəbul edir, lakin qanunun tələbinə baxmayaraq fiskal çek təqdim etmir. Yalnız kağız qaimə verilməsi isə nağd dövriyyənin gizlədilməsi və vergidən yayınma ehtimallarını gündəmə gətirir.

Şirkətlə bağlı digər iddialar isə əmək münasibətlərinə aiddir. Qeyd olunur ki, müəssisədə təxminən 15-ə yaxın işçi çalışsa da, onların yalnız az bir hissəsi rəsmi qeydiyyatdadır. Qalan şəxslərin qeyri-rəsmi işlədiyi və əmək haqlarını nağd şəkildə aldığı iddia edilir. Bu isə dövlət büdcəsinə ödənişlərdən yayınma, sosial sığorta haqlarının gizlədilməsi, əmək hüquqlarının pozulması kimi ciddi qanun pozuntularına işarə edir.

Ekspertlər bildirir ki, sadalanan hallar təsdiqini taparsa, bu fəaliyyət yalnız inzibati məsuliyyətlə məhdudlaşmaya bilər və Cinayət Məcəlləsinin 213-cü maddəsi (vergidən yayınma) daxil olmaqla daha ağır hüquqi nəticələr doğura bilər.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi vergi siyasəti şəffaflıq və qanunçuluq prinsiplərinə əsaslanır. Bu prinsiplərin pozulması dövlətə qarşı maliyyə intizamının sarsıdılması kimi qiymətləndirilir.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, kölgə iqtisadiyyatı, vətəndaşların aldadılması və vergidən yayınma halları ilə bağlı ən sərt tədbirlər görülməlidir.

Bütün bu iddialar fonunda isə əsas sual açıq qalır. Rövşən Abdullayevin adı hallanan Flyblast Travel Agency ilə bağlı bu qədər ciddi məlumatlar olduğu halda, aidiyyəti dövlət qurumları niyə hələ də səssiz qalır?
Məsələ ilə bağlı Dövlət Vergi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi tərəfindən dərhal araşdırma aparılması və ictimaiyyətə açıqlama verilməsi tələb olunur. İddiaların nə dərəcədə doğru olduğu isə yalnız rəsmi yoxlamalardan sonra məlum olacaq.(AzFakt.com)
[center]

[/center]

Buraxılış imtahanında üç nəfər maksimum nəticə əldə edib
İmtahan iştirakçıları arasında 2 nəfər – Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Həsənli Aydın Çingiz oğlu və Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğlu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Yenixeberorg.com: Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bundan əlavə, ADA məktəbinin ingilis dilində tədris alan məzunu Fərəcov Mikayıl Elşən oğlu 200 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür.

Martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Yenixeberorg.com: Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli, qiymətləndirmə şkalası və yazı işi nümunələri) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə linkdəki faylda tanış ola bilərsiniz.

Bu imtahanda iştirakı nəzərdə tutulan 58139 nəfərdən 393 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 12 nəfər imtahandan xaric olunub.

İmtahan iştirakçıları arasında 2 nəfər – Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Həsənli Aydın Çingiz oğlu və Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğlu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bundan əlavə, ADA məktəbinin ingilis dilində tədris alan məzunu Fərəcov Mikayıl Elşən oğlu 200 bal toplamaqla ən yüksək nəticəni göstərib. Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 20 aprel saat 10:00-dan 22 aprel saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Peşə Təhsili Agentliyində kadr xaosu –
Uzun illərdir əsasən keçirdiyi qəbul imtahanlarındakı narazılıqlarla yadda qalan Peşə Təhsili üzrə Dövlət Agentliyində kadr problemi, ştat uyğunsuzluğu və digər hallar artıq nöqtəyə çatıb. Hər il keçirilən müəllim və usta qəbulu imtahanlarından sonra boş ştat yerlərinə yerləşdirmə zamanı böyük haqsızlıqlar edildiyi iddia olunan Agentliyin Mərkəzlərində vəziyyət ildən ilə rüsvayçı hal alır.

Yenixeberorg.com: Redaksiyamıza daxil olan məlumata görə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan Mərkəzlərdə və peşə məktəblərində boş qalan ştat və vəzifə yerləri gizlədilir, boş saxlanılır. Əsasən ali təhsilli insanların işsiz qaldığı bir dövrdə bu ştat yerlərinin nədən boş saxlanılması, gizlədilməsi ciddi suallar yaradır. Mərkəz rəhbərləri bunu özbaşınamı edir, yoxsa Peşə Təhsili üzrə Dövlət Agentliyinin bundan xəbəri varmı?

Məlumata görə, Mərkəzlərdə və peşə məktəblərində çoxsaylı texniki vəzifələrdən tutmuş müəllim, usta və hətta rəhbər vəzifələr belə boş saxlanılır. İddialara görə, vəzifə ştatı üzrə nəzərdə tutulan işlər direktorların yaxın adamları arasında bölüşdürülərək dövlət vəsaiti əmək haqqı şəkilində mənimsənilir. Qeyd olunur ki, bəzi Peşə Təhsili Mərkəzlərində direktorlar, direktor müavinləri və onlara yaxın müəllimlər bu imkanlardan istifadə etməklə ayda əmək haqqı olaraq yüksək məbləğdə “maaş” alırlar. Bu rəqəmlər ayda 5-8, hətta 10 min manat civarına qədər çata bilir.

Bizimesr.com-a daxil olan digər məlumata əsasən, Peşə Təhsili Mərkəzlərinin əksəriyyətində boş saxlanılan vəzifələrdən biri də keyfiyyət təminatı üzrə mütəxəssis ştatıdır. Bu vəzifə üzrə imtahan tələb olunmur və təyinat birbaşa direktorlar tərəfindən həyata keçirilir. Maraqlıdır ki, demək olar ki, əksər Peşə Mərkəzlərində bu vəzifə də digər ştatlar kimi boş saxlanılır. Amma araşdırılsa bəlli olar ki, keyfiyyət təminatı üzrə mütəxəssis vəzifəsi kiməsə həvalə olunub və əmək haqqı ayırılır.

Həmçinin qeyd olunur ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbər şəxsləri bu vəzifə ştatlarından, həmin təyinatlardan və Mərkəzlərdə baş verən neqativ hallardan demək olar ki, xəbərsiz görünürlər. Həqiqətənmi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili müəssisələrində baş verənlərdən xəbərsizdir?

Qeyd edək ki, Agentliyin tabeliyində fəaliyyət göstərən Peşə Təhsili Mərkəzlərində və məktəblərində ciddi pozuntuların baş verdiyi iddia olunur və bu faktların araşdırılmadığı bildirilir.(bizimesr.com)

Lökbatandakı 233 nömrəli məktəblə bağlı sensasiya:
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 233 nömrəli tam orta məktəbdə baş verənlərlə bağlı səsləndirilən iddialar təhsil ocaqlarında təhlükəsizlik, maliyyə şəffaflığı və tədrisin keyfiyyəti məsələlərini yenidən gündəmə gətirib. Məktəbdə pəncərələrin dəmir torlarla bağlanması planı, müəllimlərdən pul yığılması, dərs prosesindəki pozuntular və işçi heyəti ilə bağlı narazılıqlar valideynlər və müəllimlər arasında ciddi narahatlıq yaradıb.

Yenixeberorg.com: Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəbdə baş verənlərlə bağlı KONKRET.az-ın redaksiyasına şikayət məktubu daxil olub.
Müraciətdə iddia edilir ki, məktəbdə 18 mart tarixində keçirilən Pedaqoji Şura iclasında direktor Gülər Bəbirova binanın 1-ci mərtəbədən 4-cü mərtəbəyədək bütün pəncərələrinin ağır dəmir setkalarla bağlanacağını bildirib.
Qeyd olunur ki, sinif otaqlarında yalnız bir pəncərənin açıq qalması, digərlərinin isə açarla bağlanması planlaşdırılıb.
Şikayətçilərin sözlərinə görə, bu məqsədlə müəllimlərdən pul yığılması tələb olunub və vəsaitin toplanması biologiya müəllimi, eyni zamanda məktəbin Həmkarlar Komitəsinin sədri Samirə Musayevaya həvalə edilib.
İddialarda həmçinin bildirilir ki, sözügedən işləri həyata keçirmək üçün Fövqəladə Hallar Nazirliyindən (FHN) hər hansı icazə alınmayıb və bu addım yanğın təhlükəsizliyi qaydalarına zidd sayılır.
Bundan əlavə, məktəbdə xadimələrin ştat bölgüsü ilə bağlı narazılıqların olduğu vurğulanır. Belə ki, bəzi xadimələrin 1,25, digərlərinin isə 1 ştat vahidi ilə çalışdığı, nəticədə əmək yükü ilə maaş arasında balansın pozulduğu qeyd edilir. Vakant ştatların gizlədilməsi səbəbindən əlavə işçi cəlb edilmir.
Müraciətdə həmçinin tədris prosesində problemlərin olduğu bildirilir. İddialara görə, dərs saatlarının tam keçirilməməsi, xüsusilə 7-ci və 8-ci saatların faktiki baş tutmaması, şagirdlərin dərs vaxtı məktəb daxilində nəzarətsiz qalması ilə nəticələnir. Valideynlərin də bu vəziyyətdən şikayətçi olduğu qeyd edilir.
Səsləndirilən iddialarla bağlı direktorla əlaqə saxladıq. O, suallarımızı cavablamaqdan imtina etdi və Nazirliyə müraciət ünvanlamağı məsləhət gördü.
Məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan KONKRET.az-a verilən cavabda bildirilib ki, Bakı şəhəri 233 nömrəli tam orta məktəbdə aparılan xidməti araşdırma zamanı irəli sürülən bir sıra iddialar təsdiqini tapmayıb.
Rəsmi açıqlamaya görə, araşdırma nəticəsində yalnız bəzi nöqsanlar müəyyən edilib. Bunlar məktəbdə bir neçə pəncərəyə dəmir tor quraşdırılması və xadimə ştatlarının qeyri-bərabər bölüşdürülməsi ilə bağlıdır. Qeyd olunub ki, pəncərələrə dəmir torun quraşdırılması üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi və FHN tərəfindən müvafiq razılıq alınmayıb.
Açıqlamada həmçinin bildirilib ki, aşkar olunmuş nöqsanlarla əlaqədar məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavininin izahatları alınıb.
Bakı Şəhər üzrə Təhsil İdarəsindən əlavə edilib ki, məktəbin və müəllimlərin fəaliyyətinə uyğun olmayan hallarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqətdə saxlanılır.(demokrat.az)

Təhsil alanlara ailə başçısını itirməyə görə sosial ödənişin verilməsi proseduruna dəyişiklik edilib
Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alan ailənin əyani təhsil alan övladlarına bu sosial ödəniş onların 23 yaşı tamam olanadək ödənilir. Bunun üçün əgər əvvəllər onlardan oxuduqları təhsil müəssisələrindən hər il arayış təqdim etmələri tələb olunurdusa, artıq bu tələb ləğv edilib.

Yenixeberorg.com: Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

"Nazirliyin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi və Dövlət Sosial Müdafiə Fondunun tətbiq etdiyi yeni rəqəmsal həll nəticəsində proses tam avtomatlaşdırılıb.

Vəfat etmiş və ya həlak olmuş şəxslərin ölkə daxilində əyani təhsil alan 23 yaşadək övladlarının əyani təhsil almaları barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin “Tələbə-Məzun” informasiya bazasından e-qaydada əldə olunur. Bununla da qeyd edilən ödənişin davam etdirilməsi prosesi avtomatik təmin edilir.

Təhsil statusu hər ay avtomatik yenilənir, ödənişlərin davam etdirilməsi üçün arayış təqdim edilməsinə ehtiyac qalmır.

Bu yenilik nəticəsində əyani təhsil alan ümumilikdə 11,5 mindən çox şəxsə ailə başçısını itirməyə görə pensiya və müavinət ödənişi müddəti arayış tələb edilmədən avtomatik uzadılıb", - məlumatda qeyd edilib.

Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb
2026-cı ilin I rübündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici kvalifikasiyaların tanınması ilə bağlı 1305 müraciət daxil olub.

Yenixeberorg.com: Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Müraciətçilərin 1050-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 255 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

"Mənfi qərarla yekunlaşan müraciətlərə nəzər saldıqda, 110 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 50 əhəmiyyətli fərq (kredit sayı), 28 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq, 14 təhsilalma forması, 10 autentik (həqiqi) olmayan diplom , 10 ekvivalenti olmayan ixtisas, 9 qəbula əsas təşkil edən sənədə münasibətdə uyğunsuzluq, 3 akkreditasiyasız ali təhsil müəssisəsi, 3 baytarlıq (qiyabi), 3 ixtisas uyğunsuzluğu, 2 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 2 lisenziyasız Bakı filialı, 2 akkreditasiyasız filial və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 2 əhəmiyyətli fərq və tədris yükü, 1 autentik olmayan diplom və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 1 əczaçılıq (qiyabi), 1 müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin olmaması və əhəmiyyətli fərq, 1 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və qəbula əsas təşkil edən təhsilə münasibətdə uyğunsuzluq, 1 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və ixtisas uyğunsuzluğu, 1 tədris yükü, 1 təhsilalma forması və əhəmiyyətli fərqi göstərmək mümkündür”, - məlumatda deyilir.

Ölkələr üzrə Türkiyə Respublikasından 445, Rusiya Federasiyasından 356, Ukraynadan 203, Birləşmiş Krallıqdan 73, Gürcüstandan 46, Polşa Respublikasından 27, İtaliya Respublikasından 21, Macarıstandan 19, Almaniya Federativ Respublikasından 12, Belarus Respublikasından 11, Amerika Birləşmiş Ştatlarından 10, Koreya Respublikasından 9, Qazaxıstan və Çin Xalq respublikalarının hər birindən 6, Avstriya Respublikası və İsveçrə Konfederasiyasının hər birindən 5, Çex, Latviya, Litva, Özbəkistan respublikaları və İsveç Krallığının hər birindən 4, Fransa, Qırğız, İran İslam, Misir Ərəb respublikaları, Malayziya, həmçinin Niderland və Belçika krallıqlarının hər birindən 2, Estoniya, İndoneziya, Kosta Rika, Moldova, Qana, Sudan, Yəmən, Banqladeş Xalq və Pakistan İslam respublikaları, İsrail Dövləti, Kanada, Lüksemburq, Yaponiya, eləcə də Danimarka və İspaniya krallıqlarının hər birindən 1 müraciət qeydə alınıb.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 135, iqtisadiyyat üzrə 78, maliyyə üzrə 69, tibb üzrə 67, biznesin idarə edilməsi üzrə 63 müraciət qeydə alınıb.

Xaricdə oxumaq istəyənlərin nəzərinə!
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026/2027-ci tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu 15 aprel 2026-cı il tarixindən açıq elan olunur.

Yenixeberorg.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.

Bildirilib ki, sənəd qəbulu üçün son tarix 5 iyun 2026-cı il saat 18:00-dır.

“Nəzərinizə çatdıraq ki, 12 yanvar 2026-cı il tarixində Dövlət Proqramı çərçivəsində təsdiqlənmiş ali təhsil müəssisələri və təhsil proqramlarının yenilənmiş siyahısı ictimaiyyətə təqdim olunub. Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan proqramlardan biri üzrə qəbul sənədinin əldə edilməsidir.

Müvafiq siyahıda yer alan təhsil proqramları ilə yanaşı, "Times Higher Education", "QS World University Rankings" və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemində yalnız "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat, magistratura və doktorantura proqramlarına qəbul almış şəxslər mövcud istisnalar nəzərə alınmaqla Dövlət Proqramına müraciət edə bilərlər. Bu il “TOP 10” sıralamasında yer alan ali təhsil müəssisələrinə və doktorantura səviyyəsinə münasibətdə dəyişikliklər mövcuddur. Həmin dəyişikliklərlə tanış olmaq üçün müvafiq siyahının üzərindəki qeydlərə nəzər yetirməyiniz tövsiyə olunur.

Dövlət Proqramına seçim meyarları, müraciət üçün tələb olunan sənədlər və sənəd nümunələri ilə yerləşdirilmiş keçidlər vasitəsilə tanış olmaq mümkündür.

Sənəd qəbuluna dair təlimat videosunu izləmək üçün linkə keçid edin. Dövlət Proqramına müraciət etmək üçün klikləyin”, - məlumatda qeyd edilib.

"Pilgrim Education" şirkəti "xaricdə təhsil" adı ilə vətəndaşları aldadır -
Vətəndaşlar "Xaricdə təhsil" adı altında fəaliyyət göstərən "Pilgrim Education" şirkətindən şikayətçidir.

Yenixeberorg.com: Belə şiakyətlərdən biri də N.Abdullayeva tərəfindən ediib. Onun sözlərinə görə, "Pilgrim Education" xaricdə təhsil adı ilə insanlardan yüksək məbləğdə ödəniş alır, lakin sonradan heç bir real xidmət göstərmir.

"Mən bu şirkətə 3000 manat ödəniş etmişəm. Üzərindən artıq 1 ildən çox vaxt keçib, amma nə sənəd işi görülüb, nə də hər hansı konkret nəticə var. Dəfələrlə əlaqə saxlamağa çalışsam da ya cavab verilmir, ya da məsələ müxtəlif bəhanələrlə uzadılır", - deyə vətəndaş şikayətində bildirib.

Onunla yanaşı, bir neçə şəxs, hətta şəhid övladı da analoji vəziyyətlə üzləşdiyini bildirib.

Qeyd edək ki, sözügedən şirkətlə bağlı şikayətlər 2024-cü ildən aktualdır.("Unikal")

Bu gündən rezidenturaya ərizə qəbulu başlayıb
Bu gündən 2026/2027-ci tədris ili üçün rezidenturaya ərizə qəbulu başlayıb.

Yenixeberorg.com: Bu barədəDövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, namizəd "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə 2026-cı il 13 apreldən 20 aprel saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olub "Namizədin elektron ərizəsi" formasını doldurur və təsdiq edir (etdirir).

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının I cəhdinin mayın 3‑də keçirilməsi planlaşdırılır.

Ötən illərdə rezidenturaya qəbulun I mərhələsində (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında) "məqbul" nəticə əldə etmiş namizədlər də rezidenturaya qəbulun II mərhələsində (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında) iştirak etmək üçün "Namizədin elektron ərizəsi" formasını doldurur, müvafiq bənddə qeydiyyat aparmaqla ərizəni təsdiq edir (etdirir). İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmış namizədlər tələb olunan məbləği (100 AZN) "Şəxsi kabinet"lərinin hesabına əlavə edib Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə (22-30 iyul 2026-cı il tarixinə planlaşdırılır) qeydiyyatdan keçməlidirlər.

İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan (40 və daha çox olan bal toplayan) namizədlər buraxılırlar.