Region - Yenixeberorg.com - Oxu, xəbərin olsun

Oğuzda ağac kəsən 3 nəfər saxlanılıb -
Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb.

Yenixeberorg.com-un məlumatına görə, Oğuz rayonunun Xaçmazqışlaq kəndi ərazisində 15 ədəd qızılağac ağacının kəsilməsi və təbiətə 5 min manatdan artıq maddi ziyan vurulması ilə bağlı araşdırmalar aparılıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən kənd sakini, 58 yaşlı A.Məmmədov saxlanılıb.

Keçirilən digər tədbir zamanı isə Yaqublu kəndi ərazisində bələdiyyə mülkiyyətində olan 60 hektar ərazinin qanunsuz olaraq zəbt edilməsi, 350 ədəd qaratikan kolunun məhv edilməsi və nəticədə təbiətə 26 min manatdan artıq maddi ziyan vurulması aşkarlanıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.(Apa)

Bərdədə kütləvi ağac qırğını iddiası –
Bərdə Regional İdarəsinin tabeliyində olan ərazilərdə kütləvi ağac kəsimi ilə bağlı ciddi iddialar ortaya çıxıb. Redaksiyamıza daxil olan məlumatlara və təqdim edilən video görüntülərə əsasən, geniş ərazidə – təxminən 5 hektar sahədə meyvə və tut ağacları tamamilə məhv edilib.

Yenixeberorg.com: İddialara görə, bu proses 13 saylı Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri Mazahir Qasımovun rəhbərliyi dövründə həyata keçirilib. Kadrlardan da aydın görünür ki, kəsilən ağaclar yalnız yerində məhv edilməklə kifayətlənməyib, eyni zamanda daşınaraq ərazidən çıxarılır. Bu isə məsələnin təkcə “təmizləmə” adı altında aparılan iş olmadığını, mümkün iqtisadi maraqların da mövcud ola biləcəyini gündəmə gətirir.
Qanun nə deyir?
Azərbaycan qanunvericiliyinə əsasən:
Yaşıl fonda daxil olan ağacların kəsilməsi yalnız xüsusi icazə ilə mümkündür
İcazəsiz ağac kəsimi inzibati və cinayət məsuliyyəti yaradır
Xüsusilə meyvə ağaclarının məhv edilməsi maddi ziyan və ekoloji balansın pozulması kimi qiymətləndirilir
Bu baxımdan, qeyd olunan ərazidə aparılan kəsim işlərinin hansı əsaslarla və hansı sənədlərlə həyata keçirildiyi əsas sual olaraq qalır.
Görüntülər nə deyir?
Redaksiyamıza təqdim edilən video materiallarda:
Ağacların kütləvi şəkildə kəsildiyi
Sahənin tam təmizlənərək boşaldıldığı
Kəsilmiş ağacların yük maşınları ilə daşındığı
açıq şəkildə müşahidə olunur.
Ortaya çıxan suallar
5 hektarlıq ərazidə aparılan bu kəsim rəsmi layihə çərçivəsindədir, yoxsa qanunsuz fəaliyyət?
Kəsilən ağacların daşınması hansı əsaslarla və kimə yönləndirilib?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional qurumları bu prosesdən xəbərdardırmı?
Yerli icra strukturları bu məsələyə niyə reaksiya vermir?

Baş verənlər təkcə bir ərazinin boşaldılması deyil, həm də ekoloji təhlükəsizlik və dövlət nəzarətinin effektivliyi ilə bağlı ciddi suallar doğurur. Məsələ ilə bağlı aidiyyəti qurumların rəsmi mövqeyi və araşdırma nəticələri ictimaiyyət üçün xüsusi əhəmiyyət daşıyır.(Bntv.az)

İddialarla bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
[center][/center]

Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Cəbrayıl rayonunda növbəti əmək yarmarkası təşkil ediləcək.

Yenixeberorg.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi məlumat yayıb.

Aktiv məşğulluq tədbiri aprelin 22-də saat 11:00-da Cəbrayıl şəhəri, M.Mehdizadə adına tam orta məktəbdə keçiriləcək.

Tədbirdə işaxtaran şəxslərə 20 müəssisə tərəfindən növbətçi mühəndis, aqronom, nəqliyyat üzrə mütəxəssis, mexanik, elektrik montyoru, mühəndis, operator, qaynaqçı, avtokar sürücüsü, fəhlə, usta və s. peşə istiqamətləri üzrə 100-ə yaxın vakansiya təqdim ediləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib
Naxçıvan Muxtar Respublikası (MR) Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyinat olub.

Yenixeberorg.com-un məlumatına görə, muxtar respublikanın Baş naziri Cabbar Musayevin aprelin 16-da imzaladığı sərəncamla Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, B.İsmayılov əmək fəaliyyəti dövründə Şahbuz Rayon İcra Hakimiyyətində və Naxçıvan MR Ali Məclisində çalışıb. O, müxtəlif illərdə muxtar respublikanın Dövlət Statistika Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəhbərlik edib.

Elmar Vəliyevin kadrları Gəncədə yeni qarşıdurma riski yaradıb -
Vaxtilə verilmiş saxta sənədlər hazırda Gəncə şəhərində mülk sahiblərinin ciddi narazılığına səbəb olub. Narazılığın yaranmasında Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə yaxın kadrların adı hallanır. Şəhər sakinlərinin bu məsələdə ittiham etdikləri şəxslərdən biri də əvvəllər Gəncənin Nizami rayonunun icra başçısı vəzifəsində çalışmış, sonradan isə Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinə rəhbərlik etmiş Məharət Mustafayevdir.

Yenixeberorg.com: Şikayətçilər bildiriblər ki, Gəncə şəhərinin Nizami rayonu ləğv edildikdən sonra həmin rayona məxsus möhür Məharət Mustafayevdə qaldığından bundan sui-istifadə halları baş verib.

Vətəndaşlara məxsus ərazilər başqalarına satılıb

Şəhər sakinləri iddia edirlər ki, Məharət Mustafayev və onunla əlbir olan bəzi məmurlar vətəndaşlara məxsus torpaq sahələrinə digər şəxslər üçün mülkiyyət sənədləri verərək saxtakarlığa yol veriblər. Nəticədə eyni əraziyə bir neçə iddiaçı ortaya çıxıb.

Bildirilir ki, Gəncə şəhər ərazisinə aid hektarlarla ərazi 4 sota bölünməklə, saxta sənədlərlə digər şəxslərə də satılaraq böyük məbləğdə vəsait mənimsənilib.

İddialara görə, M. Mustafayev və onunla əlaqəli şəxslər Gəncədə yüzlərlə saxta mülkiyyət sənədi hazırlayıblar:

“Onlar şəhərin ətrafında torpaq sahələri satıblar. Halbuki həmin ərazilər əvvəldən başqa şəxslərin mülkiyyətində olub. Bu saxtakarlıq həm əsl mülkiyyət sahiblərini, həm də aldadılaraq saxta sənəd alan şəxsləri çətin vəziyyətə salıb”.

Şikayətçilər bu prosesdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini, şəhər təsərrüfatı şöbəsinin keçmiş rəhbəri Mikayıl Zeynalovun da adını çəkirlər.

Din xadiminin də mülkiyyətinə müdaxilə ediblər

Problemlə üzləşənlərdən biri də Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Gəncə “İmamzadə” ziyarətgahının imamı Hacı Tahir Abbasovdur. Hazırda Türkiyədə müalicə olunan din xadimi problemin həlli üçün dövlət başçısına müraciət edib.

Onun sözlərinə görə, Mikayıl Zeynalovun əmisi Şakir Zeynalov əvvəlcə ona məxsus ərazini icarəyə götürərək orada fəaliyyət göstərib, sonradan isə saxta sənədlərlə həmin torpaq sahəsinin bir hissəsini ələ keçirib.

Prezidentə müraciət edilib

Hacı Tahir Abbasov bildirib ki, bəzi şəxslərə əvvəlki tarixlərlə saxta sənədlər verilib və bu sənədlər hazırda ciddi problemlər yaradır:

“Saxta sənədlərin əksəriyyətində Məharət Mustafayevin imzası var. Gəncədə yüzlərlə insana pul müqabilində belə sənədlər verilib. Təəssüf ki, bu saxtakarlığa hüquqi qiymət verilmir. Möhtərəm Prezidentdən xahiş edirəm ki, məsələni nəzarətə götürsün və vətəndaşların pozulan hüquqlarının bərpasına kömək etsin”.

Qarşıdurma təhlükəsi artır

Din xadimi qeyd edib ki, saxta sərəncamlar əsasında notariat qaydasında alqı-satqı aparılması yeni problemlərə yol açır:

“Bu sənədlər ləğv edilməlidir. Əks halda, vətəndaşlar arasında qarşıdurma qaçılmaz olacaq. Heç kim öz iddiasından geri çəkilmir və hər kəs mübahisəli ərazinin ona məxsus olduğunu bildirir. Hətta bəzilər əllərindəki saxta sənədlərlə alqı-satqı da aparırlar”.

Onun sözlərinə görə, hazırkı narazılığa səbəb olan şəxslər vaxtilə Gəncədə ciddi iğtişaşlara yol açanlar və onların tərəfdarlarıdır. Hacı Tahir Abbasov xatırladıb ki, 2018-ci ildə baş verən hadisələr zamanı şəhərin asayişini qoruyan qardaşı, polis polkovnik-leytenantı Səməd Abbasov həyatını itirib.

Qeyd edək ki, sabiq icra başçısı Elmar Vəliyevin fəaliyyəti dövründə həm də yuxarıda adları çəkilən M. Mustafayev və M. Zeynalov kimi məmurların yarıtmaz fəaliyyəti nəticəsində Gəncədə silahlı insidentlər baş vermiş və bu, ciddi ictimai əks-səda doğurmuşdu. Həmin hadisələr zamanı icra baçısı güllənmiş, asayişin keşiyində duran iki yüksək rütbəli polis əməkdaşı həlak olmuşdu.

Hazırkı vəziyyət isə şəhərdə yenidən gərginlik və qarşıdurma riski yaradır.

Onu da qeyd edək ki, Gəncə sakinləri saxta yolla verilmiş sənədin nümunəsini də redaksiyamıza təqdim ediblər.(reyting.az)

Y. Qacar

P.S. Redaksiya M. Mustafayev və M. Zeynalovun da məsələyə münasibətinə yer ayırmağa hazırdır.

Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalının Daşbulaq kəndlərinə köç karvanları yola salınıb.

Yenixeberorg.com xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 4 ailə (18 nəfər), Çıldırana 2 ailə (5 nəfər), Aşağı Oratağa 9 ailə (56 nəfər), Heyvalıya 3 ailə (13 nəfər), Çapara 2 ailə (6 nəfər), Xocalının Daşbulaq kəndinə isə 1 ailədən ibarət 4 nəfər köçürülüb.

İmişlidə avtomobillər toqquşub -
İmişli rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Yenixeberorg.com-un məlumatına görə, hadisə rayonun Çahar kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı "Mercedes" və "Hyundai" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində xəsarət alan dörd nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

45 ilin müəllimi, qazi anasından Prezidentə müraciət -
Naxçıvanın Şahbuz rayon sakini, ömrünün 45 ilini müəllim peşəsinə həsr etmiş Natella Məmmədova Prezident İlham Əliyevə müraciət edib.

Yenixeberorg.com: Natella Məmmədova bildirir ki, həm özü, həm də mərhum həyat yoldaşı uzun illər dövlətə və xalqa xidmət edib, müəllim kimi yüzlərlə şagird yetişdiriblər. Lakin bu gün ailəsi ən sadə dolanışıq problemini belə həll edə bilmir.
Onun sözlərinə görə, iki oğlu Qarabağ döyüşlərinin iştirakçısı olub, Vətən uğrunda xidmət göstərib. Hazırda ailə maddi sıxıntı içində yaşadığından, özlərinə məxsus və bütün sənədləri qaydasında olan həyətyanı torpaq sahəsində kiçik dükan tikərək dolanışıqlarını təmin etmək istəyirlər.
Ancaq Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev qərəzli şəkildə buna mane olur.
Natella Məmmədova bildirir ki, məsələ ilə bağlı Naxçıvan rəhbərliyinə də dəfələrlə müraciət edib və ailənin sosial vəziyyəti, övladlarının müharibə iştirakçısı olması nəzərə alınaraq onlara köməklik göstərilməsi tapşırılıb.
Buna baxmayaraq, Şahbuz rayonunun başçısı Rəfael Babayev müxtəlif səbəblərlə tikintiyə mane olmağa davam edir.
“Başqaları övladlarını gizlədəndə biz, balalarımızı ön cəbhələrə göndərdik. Dövlət çağırdı, Vətən çağırdı, göndərdik.
Səhv etmişik?
Bu gün isə həmin övladların ailəsini dolandırmaq, yaşatmaq üçün öz həyətimizdə bir tikili inşa etməyə imkan vermirlər.
Cənab Prezident hər dəfə deyir ki, müharibə iştirakçılarına qayğı göstərin, onları incitməyin. Bəs niyə bizi eşidən yoxdur?”, – deyə o bildirib.

Şikayətçi qeyd edir ki, başqa şəxslərə yolun mühafizə zolağına daha yaxın ərazilərdə obyekt tikintisinə şərait yaradıldığı halda, onların ailəsinə fərqli münasibət göstərilir.
Sanki düşmənə deyil, bunlara güllə atıb mənim oğlanlarım…
Natella Məmmədova Prezident İlham Əliyevə müraciət edərək problemin araşdırılmasını və ailəsinə qarşı yaradılan maneələrin aradan qaldırılmasını xahiş edib:

“Cənab Prezident, biz bu dövlətə ömrümüzü vermiş insanlarıq. Mən 45 il müəllim işləmişəm, həyat yoldaşım da ali dərəcəli müəllim olub. Övladlarımız Vətən uğrunda döyüşərək, qızıl qanlarını axıdıblar.
İndi isə öz şəxsi həyətimizdə dolanışıq üçün balaca dükan tikməyə imkan vermirlər. Sizdən xahiş edirəm, bu məsələyə müdaxilə edin və haqqımızın tapdalanmasına imkan verməyin”.(Tribuna.az)

Şahbuz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz uğursuz alındı, qarşı tərətin mövqeyini dinləməyə hazırıq.

Məcnun Məmmədov Zəngilanda vətəndaşları qəbul edəcək
Aprelin 17-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilan rayonunun Ağalı kəndində bu rayondan, eyni zamanda Qubadlı və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

Yenixeberorg.com xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-337-26-22/050-216-43-43) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Tərtərdə iki nəfər dönərdən zəhərlənib
Tərtərdə iki nəfər dönərdən zəhərlənib.

Yenixeberorg.com xəbər verir ki, Tərtər şəhər sakinləri - 1999-cu il təvəllüdlü Şəfaqət İslam qızı Paşayeva və 1983-cü il təvəllüdlü Nuranə Ədalət qızı şəhərin ərazisindən qidadan (dönər) zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilib.

Tərtər Rayon Prokurorluğu tərəfindən araşırma aparılır.