Hadisə - Yenixeberorg.com - Oxu, xəbərin olsun

Prokuror qızıl qaçaqmalçılığında ittiham olunan hərbi attaşenin keçmiş köməkçisinə cəza istəyib
Dövlət ittihamçısı Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi olmuş Qəhrəman Şamil oğlu Məmmədovun 7 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Yenixeberorg.com-un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Məhkəmədə təqsirləndirilən tərəf son söz üçün vaxt istəyib.

Qeyd edək ki, Q.Məmmədov son olaraq Azərbaycanın Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi olub.

Q.Məmmədov qızıl külçələri qabaqcadan əlbir olduğu şəxsə təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Q.Məmmədova Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bakıda qəza olub -
Bakıda avtomobil motosikletlə toqquşub.

Yenixeberorg.com xəbər verir ki, hadisə dünən gecə saatlarında Xəzər rayonunda baş verib.

Belə ki, Cəmil Behbudov idarə etdiyi “Mercedes E-280” markalı avtomobillə Qala-Şüvəlan yolunda hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Vüqar Əşrəfzadə idarə etdiyi motosikletlə toqquşub.

Qəza nəticəsində Vüqar Əşrəfzadə aldığı xəsarətlərdən ölüb.

Fakt üzrə cinayət işi başlanılıb.

Evi və maşını yandırıb, daha sonra özünü öldürüb -
Bakıda kişi keçmiş arvadını qətlə yetirib, evi və maşını yandırıb, daha sonra özünü öldürüb.

Yenixeberorg.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.

Məlumata görə, aprelin 17-də saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində baş verən yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək daha geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində 1968-ci il təvəllüdlü Rafət Həsənova məxsus ümumi sahəsi 90kv.m. olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 90kv.m., 2 otağının yanar konstruksiyaları 32kv.m. sahədə, bitişik sahəsi 66kv.m. olan talvar və evin həyətində park edilmiş “BMW” markalı minik avtomobili, yaxınlıqda yerləşən 1982-ci il təvəllüdlü Əziz Vəliyevə məxsus ümumi sahəsi 80kv.m. olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 80kv.m. sahədə və 3 otağının yanar konstruksiyaları 46kv.m. sahədə yanıb.

Habelə yanğının kəşfiyyatı zamanı həyətyanı sahədə Rafət Həsənovun, evdə isə 1968-ci il təvəllüdlü Ceyran Həsənovanın meyitləri aşkar olunub.

Prokurorluq əməkdaşları tərəfindən icra olunan ilkin prosessual hərəkətlər nəticəsində Rafət Həsənovun şəxsi münasibətlər zəminində keçmiş arvadı Ceyran Həsənovanı qeyd olunan evdə qəsdən öldürməsi, ardınca həmin evi və həyətdə olan avtomobili yandırması və daha sonra isə həyətyanı sahədə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Rusiyada axtarışda olan şəxs polisləri güllələyib -
Rusiyada atışma olub, ölən və yaralılar var.

Yenixeberorg.com: Rusiya mediasının xəbərinə görə, hadisə Orenburq vilayətinin Akkermanovka qəsəbəsində baş verib.

Məlumata görə, federal axtarışda olan bir nəfər hüquq-mühafizə orqanlarının əməkdaşlarını görüb və onlara atəş açıb.

Hadisə nəticəsində bir polis əməkdaşı ölüb, daha üçü yaralanıb.

Yaralılara tibbi yardım göstərilib, cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Binəqədidə mebel sexinin fəaliyyəti dayandırılıb -
Binəqədi rayonunda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırılıb.

Yenixeberorg.com: Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 21 ünvanında fəaliyyət göstərən mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Məlum olub ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, yanğın su hovuzu mövcud deyil, istehsalat və anbar otaqlarında yanar materialdan istifadə edilərək otaqlar yaradılıb, obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb:

"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş mebel sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub".

UNEC-in qazi tələbəsi vəfat etdi
UNEC Qiyabi və Əlavə Təhsil Mərkəzinin III kurs tələbəsi Xasayzadə Ülvi dünyasını dəyişib.

Yenixeberorg.com xəbər verir ki, bu barədə unieversitetin Mətbuat xidmətindən bildirilib.

Ülvi Xasayzadə Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edib və medallarla təltif olunub.

UNEC rəhbərliyi tələbənin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

Neft Daşları yaxınlığında balıqçı dənizdə batıb, axtarışa helikopter cəlb olunub -
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.

Yenixeberorg.com: Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.

Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Osmanov Rahim Ramiz oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bakıda binada partlayış olub -
Bakıda binada partlayış olub.

Yenixeberorg.com xəbər verir ki, hadisə Nəsimi rayonu 4-cü mikrorayon ərazisində baş verib.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindən çağırış qeydə alınıb.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub: "Təcili tibbi yardım briqadası tərəfindən 34 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində daha iki nəfərə - 40 yaşlı (kişi) və 29 yaşlı (qadın) şəxsə yerində tibbi yardım olunub".

Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Aprelin 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tüfəng və 34 ədəd patron aşkar edərək götürüblər.

Yenixeberorg.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Seyfəddin Dəmirli son anda imtina edibmiş -
1 milyon manatdan çox dələduzluqda ittiham olunan Rafiq Vəliyevin məhkəmə istintaqı başlayıb.

Yenixeberorg.com: Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən əsas iclasda prokuror ittiham aktını elan edib.

Rafiq Vəliyev məhkəməyə qədər azadlıqda olub. Bundan əvvəlki iclasda onun barəsində həbs qətimkan tədbiri seçilib. Qətimkan tədbirinin dəyişdirilməsinə səbəb isə zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi istiqamətində təşəbbüs göstərilməməsi olub.

42 yaşlı Rafiq Vəliyev iki nəfərin ümumilikdə 1 milyon 100 min manatını ələ keçirməkdə, daha iki nəfərin isə 408 min manatını ələ keçirməyə cəhd etməkdə təqsirləndirilir.

İş üzrə ən çox ziyan görən Gülnarə Rəhmanovadır. İttihamda yazılır ki, R.Vəliyev digərləri ilə əlbir olaraq G.Rəhmanovadan 1 milyon 37 min manat dəyərində qeyri-yaşayış sahəsinin satılması üçün sərəncamverici sənəd alıb. Lakin sonradan vədinə əməl etməyərək həmin pulu ələ keçirib.

Eyni üsulla aldadılan şəxslərdən biri də Türkiyə vətəndaşı Yurdsever Levent Metindir. Təqsirləndirilən şəxs ondan da 54 min manat dəyəri olan əmlak üzərində sərəncam verməyə imkan yaradan sənəd alıb, daha sonra evi 53 min manata sataraq pulu mənimsəyib.

Rafiq Vəliyevin dələduzluq planının növbəti qurbanı isə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə icra nümayəndəsi Seyfəddin Dəmirli olmalı idi. O, torpağın sahibi olan Ruxsarə Rəhimova ilə qadının mülkiyyətindəki Ləhic bağlarında yerləşən sahəsi 24 sot, dəyəri 408 min manat olan torpaq sahəsinin satışı üçün razılıq əldə edib. S.Dəmirli ilə danışıqlarda sənədlərin hazır olduğunu bildirərək torpaq sahəsini ələ keçirməyə çalışıb. Lakin budəfəki cinayət planı baş tutmayıb. Tərəflər arasında yekun müqavilə bağlanarkən Dəmirli aldadılacağını öyrənib. Nəticədə bu cinayət tam baş tutmamış qalıb.

Bundan sonra R.Vəliyev polis tərəfindən istintaqa cəlb edilib, faktla bağlı cinayət işi başlanılıb.

İşdə diqqətçəkən ən maraqlı məqam isə rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı ittihamdır. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmişlərdə inam yaratmaq üçün xarici elementli sənədlər hazırlayıb.

O, guya Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının rəsmi qurumları-Xarici İşlər və Birlik İşləri üzrə dövlət katibi Riçard Şartr və İngiltərədə fəaliyyət göstərən notariuslar tərəfindən verilmiş sənədlər kimi təqdim edilən kağızlar tərtib edib. Həmin sənədlər beynəlxalq hüquqi qüvvəyə malik kimi göstərilərək daha inandırıcı formada təqdim olunub.

Məsələn, bu hiyləgər planla xarici vətəndaşların adından etibarnamələr hazırlanıb və bu sənədlərlə Azərbaycandakı əmlak üzərində sərəncam vermək hüququnun verildiyi göstərilib.

Təqsirləndirilən şəxs dələduzluq ittihamını qəbul etməyib, özünü yalnız saxta sənəd hazırlamaqda təqsirli bildiyini deyib.

Qeyd edək ki, Seyfəddin Dəmirli iki ay əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi təyin olunub. O, vaxtilə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinə və Bakı 6 saylı Yol İstismarı MMC-yə rəhbərlik etmiş Allahverdi Dəmirovun oğludur. Ailə mediada geniş biznes əlaqələri və çoxsaylı əmlakları ilə tanınır. Vaxtaşırı Allahverdi Dəmirovun adı müxtəlif korrupsiya xarakterli cinayət işlərində də hallanıb.

Mediada Allahverdi Dəmirovun keçmiş təhsil naziri Misir Mərdanovun xalası oğlu olduğu iddia edilirdi.(“Qafqazinfo”)