Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Qondarma “Artsax parlamenti”ndən YENİ XƏBƏR:yenə toplanacaq

Artsax parlamenti “İşğal olunmuş ərazilər haqqında” qanun layihəsini qəbul  edib – Ermənistanın İctimai Radiosu

Qarabağdan Ermənistana qaçan separatçılar fəaliyyətlərini işğalçı ölkədə davam etdirməyə çalışırlar.

Yenixeber.org: Özünü buraxmış qondarma “Artsax parlamenti” toplantı keçirməyi planlaşdırı. Qondarma qurumun bütün “beş fraksiyası”nın nümayəndələri İrəvandakı “Artsax nümayəndəliyi”nə toplaşaraq gələcək planları müzakirə ediblər.

“Əsas prioritetlər “parlamentin” yaxın vaxtlarda iclasının keçirilməsi ilə bağlı idi. Bizə dedilər ki, bu məsələdə hər beş qüvvə arasında siyasi konsensus var ki, tezliklə sessiya çağırılsın və normal iş bərpa olunsun.

İndi gündəliyi müzakirə edirlər ki, orada hansı məsələlərin yer alması lazımdır. Köçkünlərin sosial və digər problemlərinə üstünlük verilməsi təklif olunub”.

Xatırladaq ki, qondarma “Artsax parlamenti”nin “sədri” David İşxanyan digər separatçı başçılarla yanaşı Bakıda həbsdədir.(“Hraparak”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam