Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

ASALA üzə çıxdı və Qarabağa görə bəyanat yaydı

ASALA terror təşkilatı yeni video yayıb. Videoda üzü bağlı olan üç terrorçu Qarabağda baş verənlərə görə günahın Nikol Paşinyanda olduğunu və onun cəzalandırılacağını bəyan ediblər.

Yenixeber.org: ASALA-nın adından yayılan bu bəyanat Ermənistanda ciddi müzakirələrə səbəb olub. Paşinyana qarşı Qarabağla bağlı ittihamlar fonunda 1999-cu il ssenarisinin – parlamentin gülləboran edilməsi – təkrarlana biləcəyi təhlükəsinin olduğu deyilir.

Lakin ASALA terrorçularından olan Vazgen Sislyan bu videonu təkzib edib. Bildirib ki, onlar belə bir bəyanat verməyiblər. V.Sislyan ASALA terror təşkilatının ləğv edilmədiyini də açıqlayıb.

Daha sonra ASALA terror təşkilatı da bəyanat yayıb və yayılan videonu təkzib edib.

Bu videonun Paşinyan hakimiyyəti tərəfindən təşkil edildiyi və “iqtidara təhlükə var” görüntüsü yaratmaq məqsədi daşıdığı istisna edilmir. Hərçənd, videonun yayılmasından sonra verilən reaksiyalar ASALA terror təşkilatının hələ də fəaliyyət göstərdiyini təsdiq edir.

ASALA və digər erməni terror təşkilatlarının hədəfi Azərbaycan və Türkiyə olub. Qarabağda erməni separatizminin ləğvindən sonra terror təşkilatının “üzə çıxması” yeni risklərin ola biləcəyi ehtimalını ön plana çıxarır. ASALA-nın xüsusilə xaricdə diplomatlarımızı və diaspor üzvlərimizi hədəfə ala biləcəyi təhlükəsi həmişə mövcuddur.(publika)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam