Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

HƏMAS Qəzzanı tərk edə biləcək şəxslərin siyahısını dərc etdi

HƏMAS “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzza zolağından çıxa biləcək şəxslərin siyahısını dərc edib.

Yenixeber.org: Bu barədə Qəzzanın sərhəd xidmətindən məlumat verilib.

“Noyabrın 1-də “Rəfah” keçid məntəqəsindən keçə biləcək digər ölkələrin pasportuna sahib şəxslərin siyahılarını dərc edirik. Sənəddə qeyd olunan vətəndaşlar keçid prosesini asanlaşdırmaq üçün saat 07:00-da (Bakı vaxtı ilə 09:00) keçid məntəqəsində olmalıdırlar”, - məlumatda bildirilib.

HƏMAS-ın siyahısında Avstraliya, Avstriya, Bolqarıstan, İndoneziya, İordaniya, Finlandiya, Çexiya və Yaponiya vətəndaşları var. Bundan başqa, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Qəzzada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəındələrinə də çıxış icazəsi verilib.

Siyahıda 430 nəfərin adı var.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam