Araşdırma - Yenixeberorg.com - Oxu, xəbərin olsun

AAYDA-nın İdarə rəisi niyə təşviş içindədir? - Nazim Eynallı dövlətə xidməti reklama çevirib-
Uzun müddət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri olmuş Saleh Məmmədovun təyin etdiyi Xüsusi Təyinatlı Yol İstismarı İdarələrinin rəhbərlərinin ciddi təşviş içində olduğu aşkar görünür. İddialara görə, illərlə nəzarətlərində olan yolları və keçidləri baxımsız, təmirsiz saxlayan, dövlət vəsaitlərini və avadanlıqlarını təyinatı üzrə istifadə etməyən bəzi idarə rəhbərləri hazırda yeni AAYDA sədri Vüsal Nəsirlinin etimadını qazanmağa çalışırlar. Ki,vəzifədə qalsınlar?

Yenixeberorg.com: AAYDA-nın tabeliyindəki bəzi idarə rəhbərləri sosial şəbəkələrdə əli lapatkalı, süpürgəli işçilərin görüntülərinin paylaşılması, bərbad kənd yollarına bir neçə maşın daş və çınqıl tökülərək bunun videogörüntü, tarixi ilə sistemsiz, bayağı təqdim edilməsi ilə vəziyyətdən çıxmağa, özlərini “işləyirik” kimi göstərməyə cəhd edir.

Bu görüntülərin həm bayağı təsir bağışladığı, həm də müəyyən mənada AAYDA-nın yeni rəhbəri Vüsal Nəsirliyə mesaj kimi qiymətləndirilə biləcəyi açıq görünür. Onlar demək istəyirlər ki, "baxın Vüsal Nəssirli, görürsüz biz işləyirik"...

Məsələn, belə hallardan biri AAYDA-nın nəzdində fəaliyyət göstərən Şamaxı rayon 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsində müşahidə olunur.
Məlumata görə, İdarənin rəisi Nazim Eynallının rəhbərliyi ilə qurumun “Facebook” hesabında ardıcıl olaraq paylaşılan videolarda tarixlər göstərilməklə əli süpürgəli, lapatkalı şəxslər çəkilir və yolların təmizləndiyi qeyd olunur.

Redaksiyamıza daxil olan məlumata görə, bu videogörüntülər məhz Nazim Eynallının göstərişi ilə çəkilir və yayılır. Hətta qeyd olunur ki, paylaşımların daha çox bəyənmə toplaması üçün işçilərə tapşırıq verilir, onların özləri və ailə üzvləri tərəfindən paylaşımlara müsbət rəylər - “Kolxozçunun təşəkkür məktubları”na bənzər şərhlər yazılması tələb olunur.

Beləliklə, Şamaxı rayon 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin rəisi Nazim Eynallı bu üsullarla vəzifədə qalmağa çalışır.

Amma AAYDA sədri Vüsal Nəsirlinin sələfi Saleh Məmmədovun dövründən qalan və dövlət vəsaitlərinin qeyri-səmərəli istifadəsi nəticəsində yolları, səkiləri və keçidləri bərbad vəziyyətə salan bəzi idarə rəhbərləri ilə vidalaşacağı danılmazdır. Bu siyahıda Şamaxı rayon 19 saylı idarənin rəisi Nazim Eynallının da olduğu şübhəsizdir. Vüsal Nəsirlinin belə abartlı idarə rəsiləri ilə işləyəcəyi sual altındadır. AAYDA sədrinin göstərişi ilə digər idarələr kimi, 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin də əvvəlki fəaliyyətinin yoxlanılmasına başlanacağı gözlənilir.

Vəzifə öhdəliklərinin bu formada - yalnız görüntü xatirinə yerinə yetirilməsi bir dövlət qulluqçusu üçün qəbuledilməz hal kimi qiymətləndirilir. Bəzən hətta biznesmenlər belə öz vəsaitləri hesabına gördükləri işləri reklam etməyə ehtiyac duymur və adlarının hallanmasını istəmirlər. Dövlət avadanlıqları ilə illər əvvəl görülməli olan işlərin indi yarımçıq şəkildə həyata keçirilməsi və bunun geniş şəkildə nümayiş etdirilməsi və qabardılması da özlüyündə ciddi suallar doğurur. Nə olub, Nazim Eynallı? Bu hay-həşirə nə ehtiyac var? Tik-Tok-da izləyici toplayan tiktokerlər kimi bu nə gözəgirmədir?
Bu sadəcə biabırçılıq və vəzifə qorxaqlığıdır.

Sonda qeyd edək ki, adı çəkilən şəxsin müxtəlif qalmaqallı hadisələrdə hallandığı barədə də iddialar mövcuddur və bu da onun reputasiyası ilə bağlı müzakirələri artırır.(bizimesr.com)

Bacısına vəzifə verməsi və qalmaqallarla gündəm olan direktor xəstəxanaya görün nə alır-
"Abşeron Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi tibb müəssisəsində yanğın-siqnalizasiya sistemlərinə texniki servis xidmətinin göstərilməsi, təmir işlərinin aparılması və zəruri ehtiyat hissələrinin satın alınması məqsədilə keçirdiyi tenderə yekun vurub.

Yenixeberorg.com: Satınalma müsabiqəsinin nəticəsi olaraq xəstəxana "CONFİREX" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayacaq.

Tərəflər arasında imzalanacaq müqavilənin ümumi dəyəri 9.828,22 AZN təşkil edir. Qeyd edək ki, sözügedən işlər üzrə satınalmanın ehtimal olunan qiyməti ilkin olaraq 20.808,12 AZN məbləğində müəyyən edilmişdi. Razılaşma çərçivəsində müəssisənin yanğın təhlükəsizliyi infrastrukturunun saz vəziyyətdə saxlanılması və texniki nasazlıqların aradan qaldırılması təmin olunacaq.

Qeyd edək ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının hazırkı direktoru Səkinə Sadıxovadır.

Yerli mediada yayılan məlumatlara əsasən xatırladaq ki, Səkinə Sadıxovanın Sumqayıt Tibb Mərkəzinə rəhbərlik etdiyi dövrdə külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı ittihamı ilə barəsində cinayət işi açıldığı iddia olunur. 32gun.az olaraq xatırladaq ki, mətbuatda onun mənimsənilən vəsaiti geri ödəməklə ağır cəzadan yayındığı, lakin buna baxmayaraq TƏBİB rəhbərliyi tərəfindən himayə edilərək Abşeron RMX-ya direktor təyin edildiyi qeyd edilir. Hazırda isə o, xəstəxanada yaşlı pasiyentə yemək yedizdirməsi kimi görüntüləri ilə "ucuz piar" kampaniyası aparmaqda, həmçinin tabeliyindəki müəssisələrə qohumlarını təyin etməkdə ittiham olunub.

Mətbuatda yayılan iddialara görə, Səkinə Sadıxova Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunduqdan sonra öz yaxın qohumlarını, o cümlədən bacısını rəhbər vəzifəyə gətirib. Yerli mediada bu addım "qohumbazlıq" kimi qiymətləndirilərək, xəstəxananın ailə podratı prinsipi ilə idarə olunduğu qeyd edilir.

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar? -
Bir neçə gün əvvəl mediada Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi açıqlanıb. Onun sözlərinə görə, ötən il kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri ilə ümumilikdə 1554 mln. manat məbləğində nöqsan aşkarlanıb.

Yenixeberorg.com: Vüqar Gülməmmədov deyib ki, “Nəzarət tədbirlərinin nəticələri göstərir ki, keçirilmiş rəqabətli satınalmaların yarısında müqavilə məbləğləri ehtimal olunan qiymətdən 20 faiz və daha çox fərqlənib. Eyni zamanda bir mənbədən satınalma metodu ilə əksər hallarda ehtimal olunan qiymət hesablanmır.”

Qeyd edək ki, dövlət satınalmalarında htimal olunan qiymətdən 20 faiz aşağı bağlanan müqavilələr Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeli səhiyyə müəssisələrində daha çox rast gəlinir. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən keçirilmiş satınalmada olduğu kimi.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən mətbəə mallarının satınalınması üzrə 09.12.2025-ci ildə başlanılmış kotirovka sorğusuna yekun vurulub. Müsabiqənin qalibi “RUMPEL” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 12.765 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır. Məlumat satınalmaların portalında 10.03.2026-cı ildə dərc edilmişdir.

Qeyd edək ki, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən nəzərdə tutulmuş mətbəə mallarının satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda ehtimal olunan qiyməti 33.829,18 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “RUMPEL” MMC-nin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Qeyd edək ki, ehtimal olunan qiymət satınalma prosedurunda mal, iş və xidmətlərin vergi və rüsumlar daxil olmaqla bazar şərtlərinə əsasən müəyyən edilən maksimum dəyəridir. Bu qiymət satınalan təşkilat tərəfindən təkliflərin qiymətləndirilməsi üçün istifadə edilir və bazarın təhlili, müqayisəli üsullar və ya statistik məlumatlar əsasında hesablanır və dövlət vəsaitlərindən səmərəli istifadə məqsədilə 10 faizdən çox güzəştə yol vermək olmaz.

Amma göründüyü kimi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu kotirovka sorğusu müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizdən də aşağı qiymət təqdim etmiş “RUMPEL” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Bundan əlavə Elmi-Tədqiqat Pediatriya İnstitutu bir mənbədən satınalma metodu tətbiq etməklə ultrasəs aparatı üçün 2 (iki) ədəd ötürücünün satınalınması üzrə10.03.2026-ci ildə “Arash Medical Company” Qapalı Səhmdar Cəmiyyəti ilə 25.000 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.

Qeyd edək ki, “Arash Medical Company” QSC ilə bağlanmış bu müqavilədə də qanun pozuntularına yol verilməsinə şübhə yaradan bir sıra hallar məlum olmuşdur.

Belə ki, Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müəyyən edilib. Bu bölgüyə əsasən mikro sahibkarlara 1 – 10 nəfər işçisi olub, illik gəliri 200 min manata qədər olan müəssisələr aid edilirlər. Bölgüyə görə 11 – 50 nəfər işçisi olub, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr kiçik sahibkarlıq subyektinə aid edilirlər. Qərara görə 51 – 250 nəfər işçisi olub, illik gəliri 3 milyon manatdan 30 mln. manatadək olan müəssisələr orta sahibkarlıq subyektinə aiddirlər.

Qeyd edək ki, “Arash Medical Company” Qapalı Səhmdar Cəmiyyəti sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə orta sahibkarlıq kateqoriyasına aiddir. Qanun orta sahibkarlıq subyekti kimi “Arash Medical Company” QSC-ni bir sıra kotirovka sorğularında iştirakına yol vermir.

Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 48.2.-ci maddəsinə görə ehtimal olunan qiymətdən asılı olaraq, kotirovka sorğusu metodu aşağıdakı təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndirilir: 48.2.1. ehtimal olunan qiymət 30 000 manatadək olduqda – mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar.

Göründüyü kimi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə “Arash Medical Company” QSC arasında bağlanılmış satınalma müqavilələrində qanunun tələbləri pozulub. Belə ki, Qanun orta sahibkarlıq subyekti kimi “Arash Medical Company” QSC-nin kotirovka sorğularında iştirakına yol vermədiyi halda Elmi-Tədqiqat Pediatriya İnstitutunun Satınalma Komissiyası buna yol vermişdir. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxovadır. O, sözügedən vəzifəyə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sabiq icra direktoru Vüar Qurbanovun əmri ilə 2023-cü ilin sentyabrında təyin edilib. Hesablama Palatasının elə Aynur Poluxovanın Pediatriya İnstitutuna rəhbərliyi dövrü araşdırsa yuxarıdakı qanun pozuntularına oxşar çox nöqsanlar aşkarlaya bilər.

Qeyd edək ki, Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən satınalmalarda yol verilən bu kimi qanun pozuntularına aydınlıq gətirilməsi məqsədi ilə ünvanladığımız sorğuya cavab verilmədi. Buna baxmayaraq əks tərəfin də mövqeyini dərc etməyə hazırıq.(aktualinfo.net)

AAYDA-də islahat başladı: İlham Əzimov vəzifəsində qalacaqmı? -
Vüsal Nəsirli islahata başladı – İlham Əzimov vəzifəsində qalacaqmı?

Yenixeberorg.com: Maliyyə Nazirliyinin ötən ilin sonlarından etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) apardığı dolayı monitorinqlərə son verilib. Aparılan yoxlamalarda ortaya külli miqdarsa dövlət vəsaitlərinin mənimsənilməsi barədə faktlarının üzə çıxdığı iddia olunur.
Mətbuatda təkzib olunmayan məlimatlara görə AAYDA-nın keçmiş sədri Saleh Məmmədov və komandası ümumilikdə 1 milyard dollara yaxın pul mənimsəyiblər.
XALQ xəbər verir ki, Maliyyə Nazirliyinin yoxlamasından sonra AAYDA sədri Vüsal Nəsirlinin göstərişi ilə qurumun idarələrində yeni yoxlamalara start verilib. Bu yoxlamalardan sonra AAYDA kadr islahatına başlanılacağı və uzun müddətdən bəri qurumda idarə rəisi kimi işləyən və adıları korrupsiyada hallanan məmurların işdən çıxarılacağı gözlənilir.
Artıq bu gün AAYDA- islahatlara start verildi. Belə ki, sədr Vüsal Nəsirlinin göstərişi qurumun iki idarə müdiri vəzifəsi ilə vidalaşdı.
Məlumata görə AAYDA-nın sədrinin islahata narahat olan məmurlardan biri də 43 saylı Yol İstismar İdarəsinin rəisi İlham Əzimovdur.
Bu həmin İlham Əzimovdur ki, onun adı ölkə mətbuatında davamlı olaraq oliqarx məmur kimi keçir. Övladlarından tutmuş kürəkəninə kimi hamısına yaxşı şərait quran İlham Əzimov keçmiş sədr Saleh Məmmədovun komandasının üzvü kimi tanınır.
Belə ki, Tərtər rayonundan olan Saleh Məmmədovla İlham Əzimovu keçmiş tellər bağlayır. Daim Saleh Məmmədovla münasibətlərini isti saxlayan İlham Əzimov məhz buna görə 43 saylı Yol İstismar İdarəsininşəxsi obyekti kimk idarə edirdi. Bərdədə hər kəs bilir ki, 43 saylı YİS-nin avtomobill və texnikaları İlham Əzimov tərəfindən icarəyə verilib.
Bundan başqa İlham Əzimovun Bərdə rayonunda hektarlarla torpaq sahələrinin, övladının maşın kolleksiyası, ferması, dəbdəbəli tikdirdiyi malikanəsi olduğu bildirilir. 43 saylı Yol İstismar İdarəsi rəisinin dövlət hesabına rayonda icra nümayəndəsi işləyən qudasına da geniş imkanlar yaratdığı məlumatlar içindədir. Həmçinin, İlham Əzimovun kürəkəninə avtoyuma məntəqələri açdığı, “Range Rover” markalı maşın aldığı da bildirilir.
Məlumata görə İ. Əzimov Saleh Məmmədovun dövründə 43 saylı Yol İstismar İdarəsini xeyli sayda işçisinin əmək haqqı kartını özünə götürərək,hər ay dövlətin külli mqidarda vəsaitini mənimsəyib.
Qeyd edilir ki, bu gün Bərdə rayonunda 43 saylı Yol İstismar İdarəsinin balansına düşən avtomobil yollarının əksəriyyəti bərbad gündədir. Vətəndaşların bərbad yollarla bağlı şikayətlərinə isə İlham Əzimov “vəsait ayrılacağı və yolların düzələcəyi” vədini verməklə illəri yola verib.
Məlumata görə, AAYDA rəhbərliyinə Vüsal Nəsirli sədr təyin edildikdən sonra İlham Əzimov əl-ayağa düşüb. Belə ki, İ.Əzimovun 43 saylı Yol İstismar İdarəsinin balansında olan bəzi kənd yollarına qrabil tökdürdüyü deyilir.

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər?! -
Xətai rayonunda General Mehmandarov küçəsində yaşayan sakinlərin verdiyi məlumatlar əsasında Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda qanunsuz tikinti işlərinin aparıldığı barədə Xətai rayon İcra Hakimiyyəti başda olmaqla, Dövlət Şəhər və Arxitektura Komitəsinə və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanladığımız rəsmi müraciətlərə dörd aydan sonra cavablar gəlir.

Yenixeberorg.com: Xatırladaq ki, söhbət ev alqı-satqısı işi ilə məşğul olan və “makler” kimi tanınan əslən Laçından olan qəssab Tahir adlı şəxsin sözügedən ünvanda qanunsuz tikili aparmasından gedir.O, sakinlərə məlumat verib ki, guya həmin ərazidə olan və ona məxsus 2.5 sot torpaq sahəsinin sənədləri var. Hələ yanvar ayından başlayaraq Tahir yerli aidiyyatı rəsmilərdən icazə aldığı və 10 mərtəbəli yaşayış binalarının ortasında yerləşən, bir tərəfi isə sürüşmə zonası hesab olunan 2.5 sot torpaq sahəsinin aşağı hissəsində qanunsuz ev tikib başa çatdırıb.

Baxmayaraq ki, bizim qanunsuz tikinti işlərinin dayandırlması barədə rəsmi müraciətlərimizdən sonra yanvarın 7-də Dövlət Şəhər və Arxitektura Komitəsinin işçiləri gəlib yerində baxış keçirmiş, hadisəni aktlaşdırsalar da Tahirin əlini cibinə salmasından sonra gəldikləri kimi də çıxıb getmişlər. Fevralın 16-da da müraciətimizlə əlaqədar Ekologiya Nazirliyinin əməkdaşları qanunsuz tikintiyə baxış keçirmək istədiklərini redaksiyamıza bildirmişlər.

Xətai rayon İcra Hakimiyyətinin memarlıq tikinti məsələləri və rayon təsərrüfatı sektoru, şöbə müdirinin müavini – sektor müdiri(baş memar) Əhməd Məmmədovun müraciətimizlə bağlı 20.02 2026-cı ildə bizə verdiyi cavab məktubunda bildirilir ki, Sizin Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda qanunsuz tikinti işlərinin aparılması barədə 31.01.2026-cı il tarixli elektron müraciətinizə Xətai rayon İcra Hakimiyyətində baxılmışdır.

Müraciətlə bağlı görülmüş tədbirlər nəticəsində qeyd olunan ünvanda müvafiq icazə sənədləri olmadan aparılan tikinti işləri dayandırılmışdır. Hal-hazırda qeyd olunan ünvanda tikinti işləri aparılmır və ərazi nəzarətdə saxlanılır.

Buradan sual yaranır. Bəs necə olur ki, nəzarətdə saxlanılan ərazidə tikinti artıq başa çatıb və tikilinin dam ortüyü belə qoyulub? Amma biz müraciət edəndə tikilinin heç birinci mərtəbəsi hazır deyildi.

Qeyd edək ki, sakinlarin xahişi ilə sözügedən qanunsuz tikilinin dayandırılması barədə aidiyatı qurumların hamısına dəfələrlə müraciət etdik. Nəhayət Nazirlər Kabinetinə ünvanladığımız müraciətə baxılması üçün yenidən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərilmişdir.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən verilən cavab məktubda deyilir.

Sizin Nazirlər Kabinetinə ünvanlanmış 21.01.2026-cı il tarixli elektron müraciətinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır.
Məlumat üçün bildiririk ki, qeyd olunan məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Sizə 14.01.2026-cı il tarixli 3-35-1/2-187/2026 nömrəli məktub ünvanlanmışdır.
Əməkdaşlarımız tərəfindən yerində baxış zamanı Xətai rayonu, General Mehmandarov ve Rüfət Əsgərov küçələrinin kəsişməsi, 2942-ci məhəllə, 2-ci döngə, giriş 18 ünvanında fərdi yaşayış evinin inşa edilməsi üçün 1-ci mərtəbə səviyyəsində aparılan tikinti işlərinin aidiyyəti qurumlar tərəfindən görülmüş tədbirlər nəticəsində dayandırıldığı müşahidə edilmişdir.
Bildiririk ki, Xətai Rayon İcra Hakimiyyətinin 28.01.2026-cı il tarixli 5-11/2-171/2026 nömrəli cavab məktubunda müvafiq icazə sənədləri olmadan aparılan tikinti işlərinin dayandırıldığı və sözügedən ərazinin nəzarətdə saxlanıldığı qeyd olunmuşdur.
Qeyd olunanları nəzərə alaraq sözügedən ünvanda aparılan tikinti işlərinin dayandırılması konkret tədbir hesab edilmədiyi üçün Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalarına və Azərbaycan Respublikasının Prezidentinin 17.11.2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq müvafiq tədbirlərin görülməsini, nəticəsi barədə müraciət müəllifinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq va Şəhərsalma Baş İdarəsinə məlumat verilməsini xahiş edirik.

Göründüyü kimi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevdən və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdan müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsini xahiş edir.

Qeyd edək ki, hələ 14.01.2026-cı il də Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən bizə verilən cavada bildirilir ki, fərdi yaşayış evinin inşa edilməsi üçün 1-ci mərtəbə səviyyəsində aparılan tikinti işlərinin aidiyyəti qurumlar tərəfindən görülmüş tədbirlər nəticəsində dayandırıldığı müşahidə edilmişdir. Həmçinin Xətai rayon İcra Hakimiyyətinin baş memarının bizə verdiyi cavabda da qanunsuz tikilinin dayandışı bildirilir.

Sakinlər tərəfindən bizə göndərilən fotodan isə görsənən odur ki, ərazidəki özbaşına ev tikintisi nəinki dayandırılmız, əksinə qanunsuz tikilinin dam örtüyü belə vurularaq işlər artıq başa çatmışdır.

Qeyd edək ki, Xətai rayon İcra Hakimiyyətinin sektor müdiri (baş memar) Əhməd Məmmədov bizə məktubunda bildirir ki, müraciətlə bağlı görülmüş tədbirlər nəticəsində qeyd olunan ünvanda müvafiq icazə sənədləri olmadan aparılan tikinti işləri dayandırılmışdır.

Göründüyü kimi, baş memar Əhməd Məmmədov sözügedən ünvanda tikintinin müvafiq icazə sənədləri olmadan aparıldığını yazır və buna görə də tikinti işlərinin dayandırıldığını bildirir.

Hər iki qurum Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi də, Xətai rayon İcra Hakimiyyəti də qanunsuz tikilinin dayandırıldığını bildirsə də, qeyd etdiyimiz kimi fərdi yaşayış evinin tikintisi başa çatmış, bəlkə də artıq içində təmir işləri də aparılır.

İndi maraqlıdır, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsini rəisi Read Qasımovla Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev Nazirlər Kabinetinə nə cavab verəcəklər. Bu həm də Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova da aiddir.

Qeyd edək ki, son günlər aramsız yağan yağışlardan sonra Bakı şəhərinin bir çox ərazisində və yaşayış məntəqələrində qanunsuz tikilmiş evlərdə subasma halları yaranmışdır. Rəsmi dövlət qurumları bunu Bakı şəhərində tikilən çoxsaylı qanunsuz evlərin tikintisi ilə əlaqələndirdilər. Elə Xətai rayonunda kollektorun çökməsi xeyli sayda fərdi yaşayış evinin qanunsuz tikildiyini ortya çıxardı. Təbii ki, bu illər əvvəl baş vermiş qanunsuzluqlar olub. Bəs indi?

Sakinlər sürüşmə zonası olan bir yerdə qanunsuz tikilinin qarşısını almaq üçün aidiyyəti qurumlara müraciət edir. Aidiyyatı qurumlar isə əvvəl tikintinin dayandırıldığını bildirir, əslində isə dam örtüyünün artıq vurulduğu ortaya çıxır. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi də, Xətai rayon İcra Hakimiyyəti də buna aydınlıq gətirsələr lap yaxşı olar. Əgər gətirə bilsələr…(aktualinfo.net)

Alibek Kurbanovun qorxu ssenarili oyunları... -
Bəli, belədir, hər şey Arazpress.com-un əvvəlki yazılarında göstərilən kimidir. Yəni, bu yazının başlığında qeyd olunduğu kimi, özünü Qubanın qara ləkəsi kimi tanıdan peşəkar fırıldaqçı Alibek (Adil) Kurbanovun törətdiyi qanunsuz əməllər saysız-hesabsızdır.

Yenixeberorg.com: Bu səbəbdən, üzə çıxardığımız ciddi faktlar əsasında hazırlayıb dərc etdiyimiz yazılarla bu cinayətkarın qaranlıq keçmişini ifşa edə bilirik. Yazılarımızda xüsusi olaraq onu vurğuladıq ki, mövcud qanunlarımızın tələblərini saya salmayan bu qorxulu insan özü kimi mahir fırıldaqçıları özündə birləşdirən olduqca təhlükəli bir şəbəkəyə başçılıq edir. Bu şəbəkədə adı öndə duranlar isə, Alibekin öz törəmələridir. Hətta onlar öz çirkin əməlləri ilə atanı geridə qoyublar.
Törətdiyi qatı cinayətlərə baxmayaraq, Rusiya vətəndaşı olan və hal-hazırda Qubanın Digah kəndinndə yaşayan Alibek Kurbanovun “xətrinə dəyən” yoxdur — sanki dünya vecinə deyil. Ölkədə nüfuz sahibi olan bir generalın adından sui-istifadə etməklə, özünə “toxunulmazlıq statusu” qazanıb. Bu nüfuzlu şəxslə münasibəti olduğunu deyir. Buna görədir ki, insanların etibarından da sui-istifadə edə, dələduzluq yolu ilə onları aldada bilir. Aldatdığı insanlara nələr vəd etmir?! Guya, hər şey onun əlindədir. İnsanları buna inandırır ki,
qohumu olan bu generalın əliylə bütün işləri görməyə qadirdir.

Müxtəlif sahələrdə işə düzəlmək istəyənlər beləcə onun “toruna düşür”. Konkret desək, işə düzəlmək, işinə bərpa olunmaq istəyən bir çoxları guya rüşvət qismində veriləcək müxtəlif məbləğlərdə pullarından keçməli olurlar. Eyni üsulla ayrı-ayrı şəxslərdən daha çox məbləğdə alınan pullar “səs-küysüz” mənimsənilir. Çünki vədinə əməl etməyəndə, zərərçəkənlər hər dəfə pullarını tələb edəndə Alibek Kurbanov həmin generala arxalandığını, heç kimdən qorxmadığını açıq deməkdən çəkinmir.
Həmin generalın kimliyi bizə məlum olsa da, araşdırmalarımız davam etdiyindən hələlik adını çəkmək istəmirik. Lakin hesab edirik ki, belə bir generalın adından sui-istifadə edərək, insanları aldatmaqla məşğul olan bir şəxsə qarşı mütləq cinayət işi açılmalı və çirkin əməlləri kütləvi informasiya vasitələrində işıqlandırılmalıdır ki, digərləri də bu yola qədəm qoymaqdan çəkinsinlər.

Bu general fərqindədirmi ki:

— Onun nüfuzundan şahidləri qorxutmaq və “Pediatriya — 2” klinikasındakı qanunsuz tibbi fəaliyyəti pərdələmək üçün istifadə olunur;

— Onun adı Sevda Alibekovnanın ailələri dağıtması, özgə uşağın alimentini mənimsəyərək “Uniser” məktəbinin pullarını ödətməsi kimi mənəviyyatsız əməllərə “toxunulmazlıq” qazandırır;

— Onun şərəf və ləyaqəti, dövlət tərəfindən verilən rütbəsi — atası məşhur fırıldaqçı, qızı isə doğma balası Sultanı atıb, elit mülkiyyət ovuna çıxan bir “Ququş ana” olan sülalə ilə eyni tərəziyə qoyulur…
Alibekin adına bağlı cinayətkar şəbəkənin və Kurbanovlar sülaləsinin ifşası zamanı məlum oldu ki, o, kənddə və ətraf məkanlarda yeni bir manipulyasiya dalğası başladıb. Bir daha qeyd edirik ki, şəbəkənin və ailənin başçısı hər yerdə ağızdolusu: “General qohumum var”, — deyərək, hamıya hədə-qorxu gəlir. Beləcə, əməllərinə nüfuz alveri qatmaqla rahatlanır. Saxta “krışa” taktikası hər yer­də işinə yarayır. Bir sözlə, o,
illərdir istifadə etdiyi köhnə fırıldaq metoduna sadiq qalır və cinayət əməllərinə “toxunulmazlıq zirehi” geydirə bilir.
Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, görünən odur ki, qızı Sevdanın “imkanlı soyadlar” ovu da bu məqsədə xidmət edir. Onlar ailəliklə bir plan qurublar: Sevda manipulyasiya ilə nüfuzlu ailələrə sızır və mülkiyyət ələ keçirir. Alibek isə bu qurbanların vəzifə və rütbələrindən istifadə edərək, kənddə və hər yerdə “mənim arxamda general dayanır” mifi yaradır. Bu detal Alibek Kurbanovun köhnə fırıldaqçı taktikasının — yəni nüfuzlu adlardan istifadə edərək, qorxu və toxunulmazlıq mühiti yaratmaq metodunun davam etdiyini göstərir. Bu, həm də Sevdanın niyə məhz “imkanlı soyadlar” və “vəzifəli qurbanlar” ovuna çıxdığını aydın izah edə bilir. Bir sözlə, bütün şəbəkə, ailə üzvləri bu general adının arxasında gizlənməyə çalışır.
Bəs, generalın bu ailənin əməllərindən xəbəri varmı? Bizi daha çox maraqlandıran bu sualın cavabıdır. Yəqin ki, Alibekin adından istifadə etdiyi həmin şəxsin bu fırıldaqçı sülalənin “tibbi terrorundan”, Sevdanın “Ququş ana” həyat tərzindən və “Uniser” məktəbi ətrafındakı aliment fırıldaqlarından xəbəri yoxdur. Çox güman ki, nüfuzlu şəxslərin adları bu ailə tərəfindən sadəcə şantaj və müdafiə vasitəsi kimi istifadə olunur. Belə olmasaydı, diplomsuz “podoloq” — qeydiyatçı (resepşn) kimi rəsmləşən Sevda Alibekovna heç bir cəsarətlə Məmməd Araz, 47 ünvanında yerləşən “Pediatriya — 2” klinikasının stomatologiya mərtəbəsində lisenziyasız fəaliyyət göstərə və çarpaz yoluxma riski yarada bilməzdi. Onlar arxalandıqları “general” adının hər qapını açacağını və qanundan üstün olacağını düşünürlər. Lakin unudurlar ki, dövlət strukturları və qanun qarşısında heç bir saxta qohumluq əlaqəsi “tibbi terrora” və “ailə qatilliyinə” bəraət qazandıra bilməz.(arazpress.com)

BAŞ NAZİR KOMİTƏ SƏDRİNİ İTTİHAM EDİB VƏ... – Anar Quliyevin səlahiyyətləri alınıb -
Azərbaycanda iqtisadi fəallığın azalması, ilin ilk rübündə ÜDM-in 0.3 faiz geriləməsi bəzi dövlət qrumlarının sahibkarlığa yaratdığı maneələrlə bağlıdır. Bu sırada Dövlət Şəhərsalma və Arxitektura Komitəsi öndə gedir.

Yenixeberorg.com: Son illərdə tikinti sektoru üzrə əsas səlahiyyətlərin əlində cəmləşməsindən istifadə edən Komitə rəhbərliyi iş adamları üçün dözülməz vəziyyət yaradıb. Qeyd edək ki, adıçəkilən qurum ölkənin ən ucqar kəndindəki xırda tikilidən tutmuş Bakıda bina tikintisinə qədər icazələri verən yeganə təşkilatdır.

Vəziyyətlə yaxından tanış olan mötəbər mənbə redaksiyamıza bildirib ki, Bakıda tikinti icazələrinin verilməsi faktiki olaraq dayandırılıb. Ancaq bir neçə şirkətin fəaliyyətinə imkan yaradılır, nəticədə onlarla iş adamı qazanc arxasınca Özbəkistana, Gürcüstana və s. postovet ölkələrinə üz tutub. Son 3 ildə təkcə Özbəkistana Azərbaycana məxsus 43 şirkət yatırım qoyub, normal şəkildə fəaliyyət göstərir. Bu da ölkədən milyonlarla investisiyanın çıxması deməkdir.

Qeyd olunur ki, təkcə paytaxtın mərkəzində deyil, mikrorayonlarda, nisbətən kənar yerlərdə pilot layihələrin həyata keçirilməsi də mümkünsüz hala gəlib. Komitə rəhbərliyi iş adamlarının əksər müraciətlərinə rədd cavabı verir.

Məlumdur ki, Azərbaycanda neft-qaz sektorundan sonra ən böyük dəyər tikinti sektorunda formalaşır. Neft pullarının gəldiyi ilk illərdən etibarən bu sahəyə nəhəng dövlət investisiyaları yatırılıb, bəzən investisiya xərclərinin həcmi ölkənin müdafiə xərclərini də ötüb. Hökumət stabil olaraq hər il bu sahəyə 4-7 milyard manat yönəldib. Paralel olaraq xaricdən sektora axan vəsaitləri, iş adamlarının qoyduğu pulları da nəzərə aldıqda tikinti sektorunun Azərbaycan iqtisadiyyatında – biznesin inkişafında, vətəndaşların sosial rifahının artmasında, məşğulluğun təmin olunmasında oynadığı rolun nə qədər çoxşaxəli və mühüm olduğunu göstərir. Bu sektor həmçinin yerli sənayenin inkişafını da stimullaşdırıb. Təsadüfi deyil ki, tikinti materialları istehsal edən şirkətlərin əksəriyyəti bu dövrdə yaranıb, inkişaf edib, onların əksəriyyəti yüksək texnoloji avadanlıqlara, sabit xarici və daxili əlaqələrə, bazarlara çıxış imkanına sahib olub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaratdığı keçilməz maneələr vaxtı ilə “aşıb-daşan” tikinti sektorunu yanı üstə qoyub, iqtisadi fəallıq kəskin azalıb, məşğulluq imkanları sıfırlanıb, iş adamları baş götürüb ölkədən gedirlər. Yaranmış acınacaqlı durum, nəhayət, hökuməti də hərəkətə gətirib.

Redaksiyamıza daxil olan məlumata görə, Baş nazir Əli Əsədov adçəkilən komitənin rəhbəri Anar Quliyevi sərt tənqid edib, onun fəaliyyətinin ölkəni iqtisadi fəlakətə sürüklədiyini bildirib. Hökumət başçısı onu sorğu-sual edərək iş adamlarını niyə narazı saldığını, tikintilərə niyə icazə vermədiyini soruşub. Komitə rəhbərliyinin Baş nazirə nə cavab verdiyi məlum deyil, amma mənbə bildirir ki, onun səlahiyyətlərinin icrası məhdudlaşdırılıb.

Xatırladaq ki, aprelin 10-da Baş nazir yanında keçirilən İqtisadi Şuranın iclasında bu sahədə yaranmış vəziyyət geniş müzakirə edilib. Rəsmi məlumatda bildirilir ki, iclasın gündəliyində “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup”u tərəfindən hazırlanan “Tikinti və kommunal infrastruktura qoşulma” və “Sənaye” sahələrində sahibkarların qaldırdığı aktual məsələlər və problemlər ətraflı müzakirə olunub. Tədbirdə Prezidentin köməkçisi və İşçi Qrupun rəhbəri Natiq Əmirovun gündəlikdə yer alan məsələlər üzrə məruzəsi dinlənilib.

Maraqlıdır, iclasa Dövlət Şəhərsalma və Arxitektura Komitəsini Anar Quliyev deyil, onun birinci müavini Namiq Hümmətov dəvət olunub. Mənbə bildirib ki, o yaranmıəş vəziyyətlə bağlı çıxış edib və Əli Əsədovun suallarını cavablandırıb. Hümmətov bir çox problemləri qanunvericilikdəki boşluqlar və maneələrlə əlaqələndirməyə çalışıb. Bu səbəbdən müzakirə olunan məsələlərin həlli istiqamətində müvafiq normativ-hüquqi aktların layihələrinə dəyişikliklərin hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.(Azpolitika)

Rasim Əliyev

Azərbaycan "su cinayəti"nin içində - Zaur Mikayılovla Fuad Quliyevin şok əməlləri -
Turan Hərəkat başqanı Cahandar Bayoğlu LAF TV-nin efirində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyəti ilə bağlı faktlar açıqlayıb. Bayoğlu qurumun rəhbərliyində olan şəxslərin qanunsuz hərəkətləri, biznesi və idarəçilik metodu haqda detalları diqqətə çatdırıb. Onun sözlərindən belə məlum olub ki, agentliyin sədri Zaur Mikayılov və aparat rəhbəri Fuad Quliyev bu strukturu cinayət yuvasına çevirib.

Yenixeberorg.com: Prezidentin etimad göstərib sədr qoyduğu, Azərsu, Su və Meliorasiya təsərrüfatını da agentliyin tabeliyinə verib ona həvalə etdiyi halda, Zaur Mikayılov hakimiyyətə ziyan verən fəaliyyətlə məşğuldur. Buna sabotaj da demək olar. Dövlət üçün mühüm və strateji əhəmiyyətə malik bu qurumun Zaur Mikayılovla Fuad Quliyevin əlində əsir-yesir qalması ciddi risklər, təhdidlər yaradır. Çünki söhbət dövlətin su ehtiyatlarından, onun idarə olunmasından gedir.
2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışmış Fuad Quliyevin Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasıdır. Bu da qanunvericilikdə yolverilməz haldır. Yəni qohumu yüksək vəzifəyə təyin etmək. Cahandar Bayoğlu efirdə bildirib ki, əslində ADSEA-da sədr müavinlərinin səlahiyyətləri var. Amma aparat rəhbəri Fuad Quliyev onların heç birinə işləməyə imkan vermir. Onun dediyinə görə, kadr təyinatı, kimi işə qəbul, kimi işdən azad etmək məsələləri aparat rəhbəri Fuad Quliyevin inhisarındadır. Hətta onun qəbuluna düşmək istəyən müavinləri belə üzünü görə bilmirlər. Məlum olur ki, ya başı istədiyi kadrları təyin etməyə, ya tender işlərinə, ya da restoranlarını idarə etməyə qarışıb. Bəli, Fuad Quliyev "restoranlar kralı" kimi tanınır və bunu da efirdə hərəkat başqanı bəyan edib. Bundan başqa, Bayoğlu iddia edib ki, Fuad Quliyev barəsində həbs qərarı çıxarılmış sabiq baş nazir müavini Abbas Abbasovun və ləğv edilmiş MTN-in əvvəllər məhkum olunmuş keçmiş generalı Akif Çovdarovun adamıdır. Yəni dövlətə və Prezidentə bağlı olmayan bir şəxs, tender korrupsiyası və restoran biznesi ilə məşğul olan Fuad Quliyev qudası - sədr Zaur Mikayılovla əlbir olaraq sözügedən agentliyi talan edirlər. Bir sözlə, "qudalar agentliyi" də demək mümkündür. Ümumiyyətlə, bu strukturda su təsərrüfatına aid olmayan xeyli sayda adamın idarə rəisi və başqa vəzifələri tutduğu bildirilir. Bundan əlavə, onlar da öz yaxınlarını müxtəlif sahələrə yerləşdirir ki, artıq agentlik tam şəxsi təsərrüfata, klanlar, tayfalar əlində qalan bir sistemə çevrilməkdədir. Üstəlik, Abbasov və Çovdarovlara yaxın adamların qurumda yerləşməsi narahatlıq doğuran bir məsələdir. Hər halda, bu deyilənlərə aydınlıq gətirilməsinə ehtiyac var. Yoxsa bu gedişlə Qorxmaz Hüseynov və başqalarına şükür etməli olacağıq...(anaxeber.info.az)

Zakir Quliyev hansı xidmətlərinə görə 14 ildir Məzahir Əzizova Qusarda arxa durur? -
Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 2025-ci ildə keçirilmiş bəzi dövlət satınalmaları ətrafında araşdırma apardıq. Araşdırmalarda məlum oldu ki, sözügedən idarənin Satınalma Komissiyası tərəfindən kifayət qədər ciddi qanun pozuntusuna yol verilib.

Yenixeberorg.com: Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi kanal qırağı yolların abadlaşdırılması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə fiziki şəxs Samir Ramazan oğlu Verdixanov ilə 298.068 manat məbləğində müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 16.01.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, Samir Ramazan oğlu Verdixanov 2007-ci ildən Qusar rayonu, Qusar şəhəri, Muxtadır, ev 74-də fiziki şəxs kimi vergi uçotuna alınıb. Samir Ramazan oğlu Verdixanovun (VÖEN: 4700224882) hazırki günə 16 014.11 manat vergi borcu var.

Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi subartezian quyularında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün malmaterial və ehtiyyat hissələrinin satınalınması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “ESM-Trading” MMC ilə 410.918 manat məbləğində müqavilə bağlamışdır. Məlumat satınalmaların portalında 30.10.2025-ci ildə dərc edilib. Müqavilə bağlanma tarixi 27.10.2025-ci il, bitmə tarixi 30.12.2025-ci ilə müəyyən edilib.

Qeyd edək ki, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən keçirilmiş bu tenderlərdə bir mənbədən satınalma metodunun tətbiq edilməsi bir sıra suallar doğurur, əsaslı şübhələr yaradır.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qanunun tələblərindən də göründüyü kimi, nə kanal qırağı yolların abadlaşdırılması, nə də avadanlıqlar üçün malmaterial və ehtiyyat hissələrinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. Bu səbəbdən də, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin satınalma prosedurunu bu şəkildə keçirməsi yuxarıda qeyd etdiyimiz kimi, bir sıra şübhələr yaradır. Əsas şübhələr isə idarənin satınalma müqaviləsi bağladığı şirkətlərlə bağlıdır.

Qeyd edək ki, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hidromexaniki və elektrotexniki avadanlıqlar üçün malmaterial və ehtiyyat hissələrinin satınalınması üzrə qalib secdiyi “ESM-Trading” MMC göstərilən satınalma predmetinin konkret təchizatçısı olması barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Qeyd olunan satınalma predmetinin əvəzedicisi və alternativi olduğu halda Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi nə üçün “ESM-Trading” MMC ilə bir mənbədən satınalma metodu tətbiq etməklə müqavilə bağlamışdır?

Qeyd edək ki, “ESM-Trading” (VÖEN:3102061471) Məhdud Məsuliyyətli Cəmiyyəti Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində 26.12.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, SƏMƏD VURĞUN (XIRDALAN), ev.1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Quluzadə İlkin Rasim oğludur.MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Məmmədov Mehdi Eldar oğlu olub.

MMC 15.10.2025-ci ildə İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə subartezian quyuların cari təmiri üçün ehtiyyat hissələrinin satın alınması üzrə 488.833 manat dəyərində müqavilə bağlayıb.

Bunlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbər vəzifəli şəxslərinin göstərişi ilə bağlanan müqavilələrdir və büdcə vəsaitlərinin təyinatından kənarlaşdırlmasından başqa heç nəyə xidmət etmir.

Yuxarıda qeyd etdiyimiz kimi, bir mənbədən satınalma metodu satınalma predmetinə təcili tələbat yarandıqda tətbiq edilə bilər. Sual oluna bilər. Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin fiziki şəxs Samir Ramazan oğlu Verdixanovla bağladığı müqaviləyə təcili tələbat hardan yaranıb? Bir fiziki şəxs olaraq Samir Verdixanov 11.12.2025-ci ildən 29.12.2025-ci ilə qədər, yəni 18 gün ərzində 298.068 manat dəyəri olan tendiri həyata keçirmək iqtidarındadırmı? Onun bu işləri yerinə yetirməyə texniki bazası varmı?

Təbii ki, bunlar əvvəlcədən razılaşdırılmış, planlaşdırılmış bir satınalmadan başqa bir şey deyil. Çünki, nə “ESM-Trading” MMC, nə də fiziki şəxs olaraq Samir Verdixanov yuxarıda qeyd etdiyimiz kimi, uyğunluq göstəricilərinə cavab vermir, müvafiq tələblərə cavab verən işçi qüvvəsi yoxdu.

Göründüyü kimi Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi qısa müddət ərzində bir mənbədən satınalma metodu tətbiq etməklə ümumi dəyəri 708 986 manat olan iki satınalma müqaviləsi bağlamışdır. Bu satınalmaların təşkilini Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərini pozumaqla həyata keçirib. Belə ki, MMC-lərin heç birinin analoji işlərdə təcrübəsi, işçi qüvvəsi və digər uyğunluq göstəriciləri nəzərə alınmayıb ki, bu da tenderlərdə saxtakarlığa yol verildiyinə şübhələri artırır.

Qeyd edək ki, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Məzahir Əzizovdur. O, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin kadrlarından hesab edilir. 2012-ci ildən üzü bu yana sözügedən quruma rəhbərlik edir. Daha əvvəl Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədri, sonradan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə rəhbərlik edən Zaur Mikayılov nədənsə Əhməd Əhmədzadənin bu kadrına hələ də vəzifə başında saxlayır. Bir çox rayonlarda Əhməd Əhmədzadənin kadrlarını vəzifədən çıxarmasına, dəyişməsinə baxmayaraq.

Məlumatlara görə onun arxasında hələ Əhməd Əhmədzadənin dövründə müavini olan, hazırda isə Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev durur. Sual yarana bilər. Zakir Quliyev hansı xidmətlərinə görə i4 ildir Məzahir Əzizovu sözügedən idarənin başında saxlayır, ona şərait yaradır.

Rayon sakinlərinin mediada yayılan şikayətlərinə görə Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin işçiləri 1 ha əkin sahəsinin suvarılması üçün, imkanlı şəxslərdən 100 manat pul alırlar və günlərini kafedə yeyib –içməkdə keçirirlər. İdarəyə rəhbərlik edən Məzahir Əzizov isə əksər vaxtlarda iş başında tapılmır. Görünən odur ki, Məzahir Əzizovun işçiləri su satıb kef edir, özünün isə başı tenderlərə ayrılan yüzminlərə qarışıb.

Elə Qusarın Balaqusar kəndinin yaxınlığından keçən Qusarçayın məcrasını dəyişərək 6 evi təhlükə altında qoyması barədə sakinlərin şikayəti də bu qəbildəndi. Sakinlərin sözlərinə görə, son 5 il ərzində çay təxminən 20 metr enində və 120 metr uzunluğunda torpaq sahəsini yuyub aparıb. Bu isə həm evlərin, həm də təsərrüfatların gələcək taleyi ilə bağlı ciddi narahatlıq yaradıb. Amma Qusarçayda sahilbərkitmə, bəndatma işlərinə ayrılan pulların hara getdiyi bəlli deyil.

Qeyd edək ki, məqalədə göstərilənlərə aydınlıq gətirilməsi məqsədilə Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Satınalma Komissiyasına ünvanladığımız məktuba cavabında idarənin baş mühasibi bildirir ki, “Mən Qusar SMSİİ-nə baş mühasib yeni təyin olunmuşam. Məqalədə göstərdiyiniz məsələlərə heç bir aydınlıq gətirə bilməyəcəyəm.

Həmçinin də Məzahir Əzizovun meliorasiya su sahəsində gördüyü işləri sadalamaqla qurtarmaz

İşini sevən, kollektivin qeydinə qalan, müraciət edən abonentin şikayətini dinləyib yerindəcə həll edən və həm də çox insani keyfiyyətlərə malik rəhbərdir.”

Maraqlıdır, yeni təyin olunmuş baş mühasib Məzahir Əzizovun meliorasiya su sahəsində gördüyü işləri sadalamaqla qurtarmadığını haradan bilir?(aktualinfo.net)

Nizami rayonunda icazə sənədləri olmadan tikiti aparan Cəsarət Əhmədovu hansı məmur himayə edir? -
Paytaxtın Nizami rayonu ərazisində, Elşən Süleymanov küçəsi ünvanında qanunsuz tikinti işlərinin başlanıldığı iddia edilir.

Yenixeberorg.com: İddialara görə, sözügedən ərazidə tikinti işlərinə müvafiq icazə olmadan start verilib.

Ərazidə sürüşmə riski mövcud olsa da, tikinti zamanı təhlükəsizlik tələblərinə əməl edilmir. Bu isə həm ətraf mühit, həm də sakinlərin təhlükəsizliyi baxımından ciddi risk yaradır.

Ətraflı videoda: